...

Azərbaycan Prezidenti İranla imzalanan bir sıra sənədlərin təsdiqi barədə sərəncam imzalayıb

Siyasət Materials 16 Aprel 2009 21:02 (UTC +04:00)

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanla İran arasında martın 10-da Tehranda imzalanmış bir sıra sənədlərin təsdiqi barədə sərəncam izalayıb. Məlumatı AzərTac dövlət informasiya agentliyi yayıb.

Nazirlər Kabinetinə sənədin icrası ilə bağlı lazımi tədbirlərin görülməsi tapşırılıb.

İlham Əliyev eləcə də Bakıda fevralın 19-da imzalanmış "İqtisadi, ticarət və humanitar sferalarda Azərbaycan Respublikası ilə İran islam Respublikası arasında yeddinci birgə dövlətlərarası memorandum"un təsdiq olunması barədə sərəncam imzalayıb.

Sərəncamda Xarici İşlər Nazirliyinə sənədlərin qüvvəyə minməsi üçün dövlətlərarası prosedurların yerinə yetirildiyi barədə məlumat verilməsi həvalə edilib.

Xəbər lenti

Xəbər lenti