...

İran sözdə deyil, əməldə dəyişilmiş ABŞ-a cavab verməyə hazırdır - İranın XİN başçısı

Siyasət Materials 17 Aprel 2009 13:14 (UTC +04:00)

İranın xarici işlər naziri Yaponiya qəzetlərinin birinə verdiyi müsahibədə bildirib ki, əgər Vaşinqton dəyişikliklərlə bağlı dediklərini həqiqətə çevirmiş olarsa, İran ABŞ-ın İranla əməkdaşlığına cavab verə bilər. Bu barədə İranın Fars xəbər agentliyi məlumat verib.

"Biz ABŞ dövlətinin bəyanatlarını diqqətlə və hörmətlə araşdırırıq. ABŞ prezidenti Barak Obama dəyişikliklərlə bağlı bəyanatlarını həqiqətə çevirərsə, bizim tərəfimizdən də dəyişiklik mümkündür", - deyə İranın xarici işlər naziri Mənuçöhr Müttəki bildirib.

Müttəki Yaponiyada keçirilən Pakistan Beynəlxalq Konfransında iştirak etmək üçün Yaponiyaya səfər edib.

Pakistan Beynəlxalq Konfransı Yaponiyanın ev sahibliyi ilə aprelin 17-də keçirilir. Konfrans iki hissədən ibarət olacaq - Pakistanın dostları konfransı və Pakistana iqtisadi yardım edənlərin konfransı. Konfransda dünyanın 30 ölkəsindən nümayəndələr iştirak edir.

Müttəki ABŞ prezidentinin dünyada nüvə silahlarının məhvi ilə bağlı təklifini alqışlayaraq bildirib ki, bütün ölkələr nüvə enerjisindən dinc məqsədlər üçün istifadə etmək hüququna malikdir.

Xəbər lenti

Xəbər lenti