...

Azərbaycanda ali məktəblərə tələbə düzəltmək adı ilə vətəndaşların külli miqdarda pulunu mənimsəyən şəxslər barədə araşdırmalara başlanılıb

Siyasət Materials 21 Aprel 2009 14:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 aprel / Trend , müxbir K.Zərbalıyeva /

Azərbaycan polisi ali məktəblərə tələbə düzəltmək adı ilə vətəndaşların külli miqdarda pulunu mənimsəyən şəxslər barədə araşdırmalara başlayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən çərşənbə axşamı Trend -a verilən məlumata görə, 2007-ci ilin sentyabrında Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində Təranə Abdullayeva adlı şəxs qəsəbə sakini Mənsurə Abbasovanın qızını ali məktəbə düzəldəcəyi adı ilə ondan 6500 dollar alıb.

Faktla əlaqədar Binəqədi Rayon Polis İdarəsinə ərizə ilə müraciət olunub. 2007 və 2008-ci illər ərzində Səbail rayonu Neftçilər  prospektində Səbinə Təhməzova adlı şəxs isə Mərdəkan qəsəbə sakini Müzəffər Həsənovun oğlanlarını ali məktəbə düzəldəcəyi adı ilə ondan 9 min dollar və 9 min manat alıb.

Faktla əlaqədar Səbail RPİ-yə müraciət olunub.

Ötən ilin oktyabrında Daşqın Hüseynov Masallı rayon sakini Abı Nadirovun etimadını qazanaraq ondan 30 min dollar alıb.

Faktla əlaqədar Masallı Rayon Polis Şöbəsinə müraciət olunub.

2008-ci ilin may və oktyabr aylarında Bakı şəhər sakini Seymur Babayev həmyerlisi Nəzakət Mansurovanın etimadını qazanaraq ondan 39500 dollar alıb.

Faktla əlaqədar Yasamal RPİ-dən Nəsimi RPİ-yə məlumat daxil olub.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti