...

Azərbaycanın millət vəkilləri İzmirdə Türkiyə və Ermənistan münasibətlərinə dair keçiriləcək müzakirələrə qatılacaqlar

Siyasət Materials 22 Aprel 2009 12:13 (UTC +04:00)

Azərbaycan, Bakı 22 aprel / Trend , müxbir C.Babayeva /

Azərbaycan parlamentinin deputatları Türkiyənin Ermənistanla sərhədlərinin açılması məsələsini İzmirdə müzakirə edəcəklər.

Milli Məclisin mətbuat xidmətindən çərşənbə günü Trend -a bildiriblər ki, millət vəkilləri Əkrəm Abdullayev və Aydın Abbasov aprelin 23-dən 25-dək İzmirdə  "Türkiyə və Azərbaycanın ortaq problemi: Ermənistan (Sərhədlər niyə açılmamalıdır?)" mövzusunda müzakirələrdə iştirak edəcəklər.

Müzakirələr Azərbaycan Mədəniyyət və Həmrəylik Mərkəzinin təşəbbüsü ilə keçiriləcək. Türkiyə-Ermənistan münasibətləri mövzusunda keçiriləcək müzakirələrdə Türkiyənin beynəlxalq sahədə fəaliyyət göstərən mütəxəssisləri, elm adamları iştirak edəcəklər.

Trend -un arayışı:  Türkiyənin müxtəlif dairələri Ermənistanla sərhədlərin açılacağını bildirirlər. Lakin Türkiyənin rəsmi dövlət qurumları Dağlıq Qarabağ münaqişəsi həll olunmayana qədər sərhədlərin açılmayacağını bəyan edib.

Ermənistan-Türkiyə əlaqələri 1993-cü ildən kəsilib. Səbəb Ermənistanın beynəlxalq aləmdə qondarma "erməni soyqırımı" iddiaları ilə Türkiyəyə qarşı kampaniya aparması və Azərbaycanın 20 faiz ərazisini işğal etməsidir. 2008-ci il sentyabrın 6-da futbol üzrə Dünya Çempionatının qrup oyunları çərçivəsində keçirilən Ermənistan-Türkiyə oyununa Ermənistan Prezidenti Serj Sarkisyan Türkiyə Prezidenti Abdullah Gülü Yerevana dəvət edib. Dəvəti qəbul edən Gülün bu səfərindən sonra iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün diplomatik səylər davam etdirilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti