...

Azərbaycan, Rusiya və İran Xəzərdə təhlükəsizliyin qorunması istiqamətində səylərini birləşdirəcəklər

Siyasət Materials 25 Aprel 2009 17:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 aprel / Trend , müxbir K.Zərbəliyeva/ Azərbaycan, Rusiya və İran Xəzərdə təhlükəsizliyin qorunması istiqamətində səylərini birləşdirəcəklər. Bu nəticəyə üç ölkənin Sərhəd xidməti rəhbərləri Bakıda keçirilən üçtərəfli və ikitərəfli danışıqlar zamanı gəliblər, Azərbaycan Dövlət sərhəd xidmətindən bu gün deyiblər.

"Azərbaycan Dövlət sərhəd xidmətinin rəisi Elçin Quliyev, İran sərhəd polisinin komandanı Qasım Rzayi və Rusiya FTX direktorunun birinci müavini Vladimir Proniçev sərhəd sferasında və nəzarət-buraxılış məntəqələrində əməkdaşlıqla bağlı məsələləri müzakirə ediblər. Tərəflər beynəlxalq terrorçuluq, qeyri-leqal miqrasiya, kontrabanda və sərhəddə qeyri-qanuni hərəkətlərlə bağlı məsələləri də müzairə ediblər", - Azərbaycan Dövlət sərhəd xidmətinin mətbuat xidmətindən bildiriblər.

Danışıqlar zamanı əməkdaşlıq və Xəzəryanı dövlətlərin sərhəd xidməti mütəxəssislərinin görüşünün keçirilməsi barədə razılıq əldə edilib.

Xəbər lenti

Xəbər lenti