...

Azərbaycanın xüsusilə Amerikayönlü və ya Rusiyayönlü siyasətə ehtiyacı yoxdur - Strateji Araşdırmalar Mərkəzinin direktoru

Siyasət Materials 28 Aprel 2009 14:01 (UTC +04:00)
Azərbaycanın xüsusilə Amerikayönlü və ya Rusiyayönlü siyasətə ehtiyacı yoxdur - Strateji Araşdırmalar Mərkəzinin direktoru

Azərbaycan, Bakı, 28 aprel / Trend , müxbir D.İbrahimova / 

"Böyük ölkələrin kiçik ölkələrə münasibətdə nümayiş etdirdiyi ikili standartlar siyasəti vaxt keçdikcə onların özlərinə qarşı yönələcək", - Azərbaycan Prezidenti Administrasiyası yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Elxan Nuriyev hesab edir.

"XXI əsrdə müstəqilliklərini sadəcə möhkəmləndirən deyil, bunu çox ağır şəraitdə edən kiçik ölkələrə qarşı ikili standartlar siyasətini tətbiq etmək xüsusilə olmaz", - Nuriyev çərşənbə axşamı jurnalistlərə deyib.

Onun sözlərinə görə, tərəfdaşlıq haqqında danışılırsa, səmimilik üstünlük təşkil edən faktor olmalıdır.

"Azərbaycan regionda sabitliyi qorumağa imkan verən siyasəti həyata keçirir", - Nuriyev deyib. "Ermənistan və Gürcüstana baxsaq, Azərbaycan regionda sabitlik və təhlükəsizliyin təminatçısı ola biləcək diqqəti cəlb edən ölkəyə çevrilir", - mərkəzin direktoru bildirib.

"Dağlıq Qarabağ münaqişəsi olmasaydı, ölkənin buna daha çox şansı olardı", - Nuriyev hesab edir. Onun sözlərinə görə, Azərbaycanın xarici siyasəti yalnız sülh xarakteri daşıyır. "Bizdə təcavüz yoxdur, praqmatizm var və biz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə inanırıq", - o deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Еrmənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabrında, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb.  1992-1993 - cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub.

1994 - cü ilin mayında tərəflər atəşkəs rеjiminə dair razılaşma əldə еdiblər və о вaхtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya,  Fransa вə ABŞ - ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

"Azərbaycan öz problemlərinin öhdəsindən gələ bilir, onun yaxşı hazırlıqlı rəhbərliyi var, qərarlar yüksək peşəkarlıq səviyyəsində qəbul edilir. Bütün çətinliklər zamanı praqmatizm nümayış etdiririk və emosionallığımız yoxdur. Bizim xüsusilə Amerikayönlü və ya Rusiyayönlü siyasətə ehtiyacımız yoxdur. Biz öz yolumuzla gedirik", - Nuriyev qeyd edib.

Onun sözlərinə görə, 2003-cü ildən etibarən dünyada Azərbaycana münasibətdə geosiyasi hörmət bəsləməyə başlayıblar. Ölkə və onun maraqları ilə həm ABŞ, həm də Rusiya hesablaşır. "Bizim diplomatiya öz səmərəsini verəcək. Çoxvektorlu diversifikasiya bizə ABŞ və Rusiya, ABŞ və İran, hətta Rusiya və Türkiyə arasında balansı saxlamaq imkanı verir", - Nuriyev deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti