...

İran ABŞ-a sanksiya siyasətindən əl çəkməyi məsləhət görüb

Siyasət Materials 4 May 2009 12:19 (UTC +04:00)

"Sionist lobbilərin" əyri yolunu davam etdirməyin", - deyə İran Xarici İşlər Nazirliyinin sözçüsü ABŞ-a ünvanladığı bəyanatinda bildirib. İran XİN sözçüsü Həsən Qəşqavi bildirib ki, sanksiya və hədələr İsrail lobbisinin əyri yoludur. Bu barədə Fars xəbər agentliyi məlumat yayıb.

Qəşqavi mayın 4-də Tehranda keçirdiyi həftəlik mətbuat konfransında bildirib ki, İran özü terrorizmin qurbanıdır və həmişə terrorizmlə mübarizədə öndə gedib. "Əsas terrorist dövlət sionist rejimidir. Bu rejimin ən böyük dəstəkləyəni isə elə ABŞ özüdür", - deyə Qəşqavi bildirib.

"Benzin idxalına qoyulmuş sanksiyalar və digər sanksiyalar bizim nüvə hüququmuzu müdafiə etməyimizə və milli iradəmizə heç bir təsir göstərməyəcək", - deyə Qəşqavi bildirib.

Xəbər lenti

Xəbər lenti