...

Dağıstan Prezidenti Azərbaycanın təhsil ocağında baş vermiş faciə ilə bağlı başsağlığı verib

Siyasət Materials 6 May 2009 20:32 (UTC +04:00)

Dağıstan Prezidenti Muxu Əliyev Azərbaycan Prezidenti İlham Əliyevə aprelin 30-da Dövlət Neft Akademiyasında baş vermiş faciə ilə əlaqədar başsağlığı ünvanlayıb. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

"İnsan tələfatı ilə nəticələnmiş faciə haqqında xəbər Dağıstanda dərin kədər hissi ilə qarşılandı. Sizin kədərinizə səmimi şərik olduğumu bildirirəm, həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm", - başsağlığında deyilir.

Xəbər lenti

Xəbər lenti