Azərbaycan, Bakı, 07 may / Trend , müxbir K.Zərbalıyeva /
Azərbaycanda adam oğurluğu maddəsi ilə axtarışda olan 31 yaşlı şəxs Gürcüstanda tutulub.
Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən cümə axşamı Trend -a bildiriblər ki, Əzizbəyov RPİ-nin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin adam oğurluğu (144-cü) və fahişəliyə cəlb etmə (243-cü) maddələri ilə axtarışda olan 1978-ci il təvəllüdlü Süleymanova Samirə Rafiq qızını Gürcüstan Respublikasında saxlayıblar.
Süleymanovanın artıq Bakıya ekstradisiyası təmin olunub.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]