Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çexiya Respublikasına işgüzar səfəri başa çatmışdır, məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Praqa şəhərinin "Ruzıne" hava limanında Prezident İlham Əliyevi Çexiya Respublikasının yüksək vəzifəli dövlət və hökumət nümayəndələri böyük hörmət və ehtiramla yola saldılar. Dövlətimizin başçısı həmin gün axşam Bakıya gəldi.
Azərbaycan Prezidentini Heydər Əliyev adına beynəlxalq hava limanında Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qarşıladılar.