...

Gürcüstanın xarici işlər naziri bu gün Avropa Şurası Nazirlər Komitəsinin sessiyasında çıxış edəcək

Siyasət Materials 12 May 2009 11:14 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 12 may / Trend , müxbir N.Kirtsxalia /

Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze bu gün Avropa Şurası (AŞ) Nazirlər Komitəsinin 119-cu sessiyasında çıxış edəcək. Gürcüstan XİN-dən verilən məlumata görə, Vaşadze AŞ Nazirlər Komitəsinin sessiyasında nitq söyləyəcək.

Bu gün Vaşadze norveçli həmkarı Yonas qar Ştor, Soloveniyanın xarici işlər naziri Samuel Zboqar, Kiprin xarici işlər naziri Markos Kuprianous, İrlandiyanın xarici işlər naziri Maykl Martin və Portuqaliyanın Avropa işləri üzrə nazir müavini Tereza Ribeyra ilə görüşlər keçirəcək.

Onun həmçinin İspan Müəssisələri Birliyinin prezidenti Xerrardo Dias ilə görüşü planlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti