...

Gürcüstanda NATO təlimlərinin birinci mərhələsi başa çatıb

Siyasət Materials 18 May 2009 15:19 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 18 may / Trend , müxbir N.Kirtsxaliya /

Bu gün Tbilisi yaxınlığındakı Vaziani hərbi bazasında NATO-nun hərbi təlimlərinin komanda-qərargah hissəsinin yekun toplantısı keçirilib. Bu toplantı jurnalistlər üçün açıq olub.

Təlim rəhbərliyi 14 ölkədən zabitlərin iştirak etdiyi və sülhməramlı əməliyyatların birgə idarəetməsi və planlaşdırılmasının imitasiya edildiyi hərbi təlimlərin birinci mərhələsini yekunlaşdırıb. Ümumilikdə, komanda-qərargah təlimlərində 245 zabit iştirak edib. Xüsusi olaraq bu təlimlər üçün xəritələr hazırlanıb.

Təlim rəhbərlərinin sözlərinə görə, bu təlimlər həm NATO, həm də Gürcüstan üçün böyük əhəmiyyət daşıyır.

Qeyd etmək lazımdır ki, Rusiya bu təlimlərə qarşı çıxış edərək dörd ölkəni - Ermənistan, Qazaxıstan, Qırğızıstan və Serbiyanı onlardan imtina etməyə məcbur edə bilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti