Ukrayna və Azərbaycanın hərbi nümyəndə heyətləri MILEX-2009 V Beynəlxalq silahlanma və hərbi texnika sərgisində iştirak etmək üçün Belarusa gəlib. Bu haqda БЕЛТА-nın müxbirinə Belarusun Müdafiə Nazirliyindən məlumat verilib.
Dünən Ukrayna və Belarusun müdafiə nazirləri general-polkovnik Leonid Maltsevlə və Yuri Yexanurovun görüşü baş tutub. Görüş zamanı hərbi qurum rəhbərləri iki ölkə arasında keçirilən tədbirlərin məhsuldarlığını, o cümlədən onun gələcək inkişafının həqiqi perspektivlərini qeyd ediblər. Sülhməramlılıq fəaliyyəti, qoşunların mühəndis təminatı, hərbi təhsil, hərbçilərin və onların ailə üzvlərinin səhhətinin yaxşılaşdırılması sahəsi Belarus və Ukrayna Müdafiə nazirliklərinin daimi diqqət mərkəzindədir.
Maltsev və Yexanurov Ukrayna və Belarus Müdafiə nazirlikləri arasında hava gəmilərinin uçuşları haqda informasiya mübadiləsi, həmçinin informasiya mübadiləsinin təşkil qaydası haqda müqavilə imzalayıblar.
Belarus MN-in mətbuat xidmətindən qeyd edilib ki, bu, iki ölkə arasında hərbi əməkdaşlığa impuls verir və hərbi sahədə birgə yeni tədbirlərin spektrini müəyyən edir.
Azərbaycan nümayəndə heyətinin başçısı, Silahlı Qüvvələrin Baş Qərargah rəisi, müdafiə nazirinin müavini Nəcməddin Sadıxov, Belarusun Silahlı Qüvvələrin Baş Qərargah rəisi, müdafiə nazirinin müavini Sergey Qurulyovla görüşüb. Görüşdə tərəflər Belarus və Azərbaycan arasında hərbi əməkdaşlığın durumu və gələcək perspektivlərini müzakirə ediblər.