...

Azərbaycan prezidenti Dalya Qribauskayteni Litva prezidenti seçilməsi münasibətilə təbrik edib

Siyasət Materials 19 May 2009 21:56 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev Dalya Qribauskayteni Litva Respublikasının prezidenti vəzifəsinə seçilməsi münasibətilə təbrik edib. Bu haqda xəbəri AzərTAc dövlət agentliyi yayıb.

"Biz Azərbaycan ilə Litva arasında münasibətlərə xüsusi əhəmiyyət veririk. Əminəm ki, bu gün strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş münasibətlərimiz, istər ikitərəfli qaydada, istərsə də beynəlxalq qurumlar və layihələr çərçivəsində əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir. Bir daha Sizə təbriklərimi yetirir, möhkəm cansağlığı, səadət, dost Litva xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar arzulayıram" - deyə dövlət başçısının məktubunda bildirilir.

Xəbər lenti

Xəbər lenti