Rusiya Qafqaz regionunda yeni hərbi əməliyyatlara getməyəcək - ekspertlər

Rusiya Qafqaz regionunda yeni hərbi əməliyyatlara getməyəcək - ekspertlər

Azərbaycan, Bakı, 26 may / Trend , müxbir E.Тariverdiyeva /

Rusiya şübhəsiz ki, özünün Qafqazdakı təsir dairəsini genişləndirməyə və möhkəmləndirməyə çalışır, ancaq bu çətin ki, regionda yeni hərbi əməliyyatlara gətirib çıxartsın, ekspertlər hesab edirlər.

"Rusiya Qafqazda böyük nüfuza can atır, ancaq mən düşünmürəm ki, ölkənin yuxarı qüvvələri bu gün regionda daha bir hərbi münaqişə istəsin", - Gürcüstan üzrə amerikalı ekspert Henry Heyl deyib.

Gürcü dipolomat və siyasətçilər tez-tez Kremlin Qafqazda yeni əməliyyat başlamaq niyyətində olmasını bildirirlər.

Gürcüstan XİN RF XİN-in nümayəndəsi Andrey Nesterenkonun Rusiyanın mümkün destabilizasiyadan qaçmaq üçün "Abxaziya və Cənubi Osetiya ilə sərhədi" möhkəmləndirməkdə maraqlı olması barədə bəyanatına cavab verib.

Mayın 25-də Gürcüstan XİN siyasi departamentinin direktoru Zurab Kaçkaçaşvili bildirib ki, Abxaziya və Samaçablo (Tsxinvali regionu) ərazilərində böyük sayda rus hərbçisi və texnikası məskunlaşıb və Rusiya tərəfi hansısa destabilizasiya gözləyirsə, bu yalnız həmin silahlı qüvvələrdən yarana bilər.

"Rusiya yeni müharibə istəyir", - Gürcüstan Prezidenti Mixail Saakaşvili mayın 19-da İtaliyanın "Corriere della Sera" qəzetinə verdiyi müsahibədə bildirib, RİA Novosti xəbər verib.

"Ruslar daha bir müharibə istəyir. Qalır onların buna nail olub, ola bilməyəcəyini görmək. Onlar bir dəfə sərhədləri aşıb və avqust təcavüzü bizə onları ciddiyə almağı öyrətdi. Onlar Gürcüstandan canlarını qurtarmaq istəyirlər", - Gürcüstan Prezidenti bildirib.

Müşahidəçilər hesab edirlər ki, Qafqaz hələ uzun müddət Rusiyanın təsir dairəsində qalacaq, amma bu, regionda daha bir müharibəyə gətirib çıxarmayacaq. İlk növbədə ona görə ki, Moskva Qərblə münasibətlərini çətinləşdirmək istəmir.

2008-ci il avqustun 8-də gecə, tanınmamış Cənubi Osetiya Respublikasında böyükmiqyaslı hərbi əməliyyatlar başladı. Gürcü qoşunlar Tsxinvaliyə daxil oldu. Bir müddət sonra rus qoşunları şəhəri tutub və gürcü hərbçiləri Gürcüstan ərazisinə qədər sıxışdırıb. Avqustun sonunda Rusiya Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıyıb. Buna cavab olaraq Tbilisi Moskva ilə diplomatik münasibətlərini kəsib və iki tanınmamış respublikanı işğal olunmuş ərazilər elan edib.

Heylin sözlərinə görə, Qafqaz regionu Qərb-Rusiya münasibətlərində daimi gərginlik mənbəyi olacaq, bu durum siyasətdən hərbi sahəyə keçməyəcək.

Rusiya nöqteyi-nəzərindən Saakaşvili artıq cəzalandırılıb, Heyl hesab edir və Qafqazda ərazi ələ keçirmək üçün istənilən real cəhd müxtəlif risklərlə müşayiət olunacaq. "Bu, Qərblə münaqişəyə və ölkənin sərhəd zonalarında destabilizasiyaya gətirib çıxara bilər", - Trend -a Corc Vaşinqton Universitetinin politologiya üzrə professoru Heyl deyib.

Ekspert Rusiyanın öz təsir dairəsini daha da genişləndirmək məqsədilə hərbi güc tətbiq edəcəyini gözləmir. "Hazırkı iqtisadi böhranın daha da dərinləşmək ehtimalı olduğu zaman tərəflərin heç biri indi hərbi qarşıdurmada maraqlı deyil", - Heyl deyib.

Digər amerikalı politoloq Mark Katzın fikrincə, Rusiya aşkar şəkildə öz mövqelərini genişləndirməyə və ABŞ-ın Cənubi Qafqazdakı mövqeyini zəiflətməyə can atır.  Ancaq onun sözlərinə görə, Moskva aqressivdir, amma ehtiyatlıdır.

Katsın fikrincə, Rusiya Qərblə birbaşa qarşıdurmaya can atmır. "Bunun əvəzində, 2008-ci ilin avqustunda olduğu kimi Kreml özünün mövqeyinin ABŞ-ın mövqeyindən güclü olduğu zamanı gözləyəcək", -  Trend -a elektron poçtla Amerikanın Corc Meyson Universitetinin beynəlxalq münasibətlər departamentinin siyasət üzrə professoru Katz deyib.

Ancaq onun fikrincə, ABŞ həmişə Aİ tərəfindən dəstəklənəcək və "heç bir şübhə yoxdur ki, Aİ Rusiyanın istənilən güc tətbiqinə cavab olaraq çox şeylər edəcək".

Kats Moskvanın xarici siyasət üzrə xroniki problemi kimi Kremlin öz opponentlərinin qüvvəsini qiymətləndirmməsini göstərib və üstəlik, ən pisi, öz qüvvələrini həddindən artıq çox qiymətləndirir.

"Şimalı Qafqazdakı durum uzunmüddətli perspektivdə kəskinləşməkdə davam edərsə, Rusiyanın Cənubi Qafqazdakı nüfuzunu artırmaq səyləri çox axmaqcasına görünəcək", - Kats bildirib.

"Rusiya çoxqütblü dünyanın ən vacib oyunçularından biri statusunu qazanmaq istəyir və bunun üçün bütün cəhdlərə əl atır", - Trend -a gürcü politoloq Qiya Xuxaşvili deyib.

"Fakt odur ki, hazırda bütün dünyada nüfuzların bölünməsi prosesi gedir və Rusiyanın addımları dəqiq şəkildə ona işarə edir ki, Moskva onun geosiyasi niyyətlərinin tanınması üçün heç nəyini əsirgəməyəcək. Ötənilki müharibə də buna sübutdur", - Xuxaşvili bildirib.

Onun fikrincə, Rusiya "Qərblə qarşıdurmanı davam etdirəcək". "Ancaq ümid edirəm ki, bu qarşıdurma iqtisadi və diplomatik xarakter alacaq və hərbi əməliyyatlara gətirib çıxarmayacaq", - ekspert qeyd edib.

Ancaq rusiyalı ekspert Qafqazdakı hadisələrin hərbi inkişafını istisna etmir.

"Böyükmiqyaslı hərbi əməliyyatların bərpası ehtimalı xeyli yüksəkdir, - rusiyalı hərbi ekspert Pavel Felqenqauer hesab edir. - Hazırda biz elə bir dövrdəyik ki, istənilən an döyüş əməliyyatları başlaya bilər. Rəqiblərin qoşunları hazırda bir-birindən uzaqda deyil", - ВВС-nin saytı xəbər verir.

Onun sözlərinə görə, sərhəd məntəqələrində atşıma ola bilər və bu zaman osetin deyil, rus sərhədçilər zərər çəkə bilər. Bu da eskalasiya üçün yetərli səbəb ola bilər.

Onun proqnozlarına görə, Rusiya Qafqazdakı hərbi uğurunu möhkəmlətmək istəsə, bunu oktyabrın sonuna qədər edəcək. Ekspertin fikrincə, rus qoşunlarına aviasiyanın tətbiqi üçün minimum iki ay "açıq səma" lazım gələcək.

Ancaq Felqenqauerin sözlərinə görə, problemi hərbi gücün nümayişi ilə həll etmək mümkün olmayacaq. Onun sözlərinə görə, yaranmış durumda hər iki tərəfin siyasi əzmi və keçmişin təcrübəsinin tətbiqi lazım gələcək.

"İstənilən siyasi razılaşmanın olmaması halında belə atəşkəsin sabit olması üçün nəyin lazım olduğu aydındır, - Felqenqauer deyib. - Demilitarizasiya edilmiş zona olmalı, rəqiblərin təmas xəttinin ayrılması, sülhməramlı qüvvələrin yeridilməsi lazımdır. Bunsuz istənilən münaqişə eskalasiyaya çevrilə bilər".

Materialın hazırlanmasında N.Kirtsxaliya (Тbilisi) iştirak edib.

Daha beş ölkədən  turistlər Baliyə gələ biləcəklər
Daha beş ölkədən turistlər Baliyə gələ biləcəklər
Rusiya və Türkiyə turizm sahəsində əməkdaşlığı genişləndirir
Rusiya və Türkiyə turizm sahəsində əməkdaşlığı genişləndirir
Azərbaycana ukraynalı turistlərin cəlbi müzakirə olunub
Azərbaycana ukraynalı turistlərin cəlbi müzakirə olunub
Loading Bars
Xəbər lenti
Cüdoçularımız Avropa kuboku yarışında 2 medal qazanıblar
Gənclər Gəncə terrorunun qurbanlarını yad ediblər
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli Beynəlxalq Hava Limanında yaradılan şəraitlə tanış olublar
Prezident İlham Əliyev: Mənə güc verən məhz xalqımızın əzmkarlığı idi
Prezident İlham Əliyev: Otuz il əziyyət içində yaşamış köçkünləri maksimum qısa müddətdə doğma torpaqlarına qaytaracağıq
Prezident İlham Əliyev: Heydər Əliyev qoymadı ki, Naxçıvanda Sovet İttifaqının saxlanmasına dair referendum keçirilsin
Prezident İlham Əliyev: 18 oktyabr gününü böyük təmtəraqla qeyd etmək, kiməsə buna görə minnətdar olmaq tamamilə yersizdir
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Prezident İlham Əliyev: Milli bayramlarımızla bağlı düzəlişlər tarixi həqiqətə və tarixi ədalətə tam uyğundur
Prezident İlham Əliyev: Doqquz ayda Azərbaycan iqtisadiyyatı təxminən 5 faiz, qeyri-neft sənayesi isə 20 faiz artıb
Füzuli Memorial Kompleksinin layihələndirilməsi və tikintisi ilə bağlı 1,5 milyon manat ayrıldı - SƏRƏNCAM
Prezident İlham Əliyev: Zəngilan, Qubadlı, Kəlbəcər və Laçının baş planları hazırlanır
Son sutka ərzində Azərbaycanda 1 896 nəfər COVID-19-a yoluxub, 19 nəfər vəfat edib
Prezident İlham Əliyev: Keçmiş köçkünlərin öz doğma torpaqlarına qaytarılacağı günü böyük dərəcədə yaxınlaşdırmışıq
Prezident İlham Əliyev: “Ağıllı kənd” konsepsiyası əsasında Dövlətyarlı kəndində böyük yaşayış məntəqəsi yaradılacaq
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüblər
Prezident İlham Əliyev: Füzulidə icra edilən layihələr bizim həm niyyətimizi, həm potensialımızı göstərir
Prezident İlham Əliyev Füzuli Memorial Kompleksinin və Füzuli şəhərinin təməl daşını qoyub
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli Mərkəzi Şəhər parkında yaradılacaq şəraitlə tanış olublar
Prezident İlham Əliyev Füzuli şəhərində Rəqəmsal Yarımstansiya İdarəetmə Mərkəzinin təməlini qoyub
Prezidenti İlham Əliyev Füzulidə avtomobil yolunun və yeni “ağıllı kənd”in təməllərini qoyub
Prezident İlham Əliyev: Biz Füzuli şəhərini və Füzuli rayonunun kəndlərini bərpa edəcəyik
Gənclər Fondunun dəstəyi ilə reallaşdırılan layihə çərçivəsində növbəti təlim keçirilib
Prezident İlham Əliyev: Füzuliyə gələn hər bir insan erməni vəhşiliyini görür və bunu artıq heç kim inkar edə bilməz
Prezident İlham Əliyev: Bu şanlı Qələbə çoxəsrlik Azərbaycan tarixində əbədi yaşayacaq
Prezident İlham Əliyev: Füzuli azad olunandan sonra Ermənistan ordusunda fərarilik halları daha geniş vüsət aldı
Prezident İlham Əliyev: Füzuli nəzarətimizə keçəndən sonra Şuşa istiqamətinə getmək üçün daha geniş imkanlar açıldı
Prezident İlham Əliyev: Müharibə zamanı Füzulinin azad olunmasının çox böyük əhəmiyyəti var idi
Prezident İlham Əliyev: 17 oktyabr günü Azərbaycan xalqının çoxəsrlik tarixində xüsusi yer tutacaq
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayonunda səfərdə olublar
Güllə daraqları məni ölümdən xilas etdi - Vətən müharibəsi qazisi
Ukrayna Ali Radasının nümayəndə heyətinin işğaldan azad edilmiş Ağdam şəhərinə səfəri başlayıb
Prezident İlham Əliyevin son Sərəncamı əhalinin rifahını daha da yüksəldilməsini nəzərdə tutur - Tamam Cəfərova
Dövlət başçısının sərəncamı yeni sosial paket hesab edilə bilər - Aydın Hüseynov
İranda koronavirusdan ölənlərin sayı 124 min nəfəri keçib
İranda qida təhlükəsizliyi ilə əlaqədar ciddi addımlar atılmalıdır - İranın Səhiyyə Nazirliyi
Gəncə terroru Azərbaycanı təxribata çəkmək üçün törədilib - ukraynalı deputat
İsmayıllıda atmosferi çirkləndirən avtomobillərin sürücüləri barəsində tədbir görülüb (FOTO)
Ukraynalı deputatlar Ermənistanın Gəncəni raket atəşinə tutması nəticəsində dinc insanların həlak olduğu əraziyə baş çəkiblər (FOTO)
Samuxda “Təmiz hava” aylığı ilə əlaqədar tədbirlər davam etdirilir
Müstəqillik dövrünün ən böyük uğuru Ali Baş Komandanın rəhbərliyi ilə əldə olunan tarixi Zəfər nəticəsində torpaqlarımızın azad edilməsidir - Rauf Əliyev
Azərbaycanın canlı əfsanəsi İsfar Sarabskinin rəhbərliyi altında trionun Avropa turnesi çərçivəsində ilk konserti keçirilib (FOTO/VİDEO)
Sabah Bakıda 21 dərəcə isti olacaq
Milli gücün nəyə qadir olduğunu dünyaya göstərdik – Bahar Muradova “Sahil Kərimli ilə Aktual” layihəsində (VİDEO)
Əməkhaqqı və pensiyalarla bağlı sərəncam bir daha təsdiq edir ki, dövlət siyasətinin mərkəzində vətəndaşların sosial rifahı dayanır – Deputat
Goranboyda karantin qaydalarını pozan şadlıq evi rəhbərliyi məsuliyyətə cəlb olunub
Vərəm xəstələri arasında koronavirusa yoluxma hansı səviyyədədir? - AÇIQLAMA
Türkiyədə kursda iştirak edən Azərbaycan hərbçilərinin buraxılış mərasimi keçirilib
Bakının bu ərazilərində içməli suyun verilişində məhdudiyyət olacaq
Qubada ağır yol qəzası baş verib, ölənlər var
Ölümcül xəstə uşağın atası onun üçün dərman yaradıb
Hindistanda leysan yağışları nəticəsində ölənlərin sayı artıb
Düşmənin 30 illik istehkamları bir neçə günə necə darmadağın edildi? - Füzuli fatehləri Trend TV-yə danışıb (VİDEO)
ABŞ-da snayper tüfəngli robot it yaradılıb
Çin nüvə yüklü hipersəsli raketi sınaqdan keçirib
ABŞ-da gecə şənliyi zamanı atışma olub, 3 nəfər yaralanıb
İtaliyada bələdiyyə seçkilərinin ikinci turu keçiriləcək
Meksikada "Pamela" qasırğasının fəsadları 9 min sakinə ziyan vurub
Hindistanda leysan yağışları 10 insanın ölümünə səbəb olub
Türkiyədə son sutkada koronavirusdan 25 611 nəfər sağalıb
Xarici İşlər Nazirliyi Gəncənin Ermənistan tərəfindən atəşə tutulmasının ildönümü ilə bağlı paylaşım edib
Azərbaycan Ordusunun Arazdəyən istiqamətində atəş açması barədə məlumat yalandır - MN
ABŞ Sakit okean yaxınlığında raket buraxmağı planlaşdırır
Zəfər xronikası 17 oktyabr 2020-ci il: Prezident İlham Əliyevin xalqa müraciəti (FOTO/VİDEO)
44 günlük Vətən müharibəsinin xronikası: 17 oktyabr
Xəzər dənizində zəlzələ qeydə alınıb
Azərbaycan komandası “Böyük dəbilqə” turnirində ikinci pillədə yer alıb
Pensiya, sosial müavinət, təqaüdlər 20 faiz civarında və ya daha çox arta bilər – Komitə sədri
Şuşadan ilk zəng həyata keçirilib
Rusiyada 18 nəfər metanol zəhərlənməsindən öldü
Balabəy Ağayev “Böyük dəbilqə” turnirinin qızıl medalını qazanıb
IDEA İctimai Birliyi ilə Ümumrusiya Təbiəti Mühafizə Cəmiyyəti arasında saziş imzalanıb (FOTO)
Prezident İlham Əliyevin münaqişədən sonra başladığı yenidənqurma-bərpa layihələri misilsizdir - Hikmət Hacıyev (VİDEO)
NATO-nun Qafqaz üzrə xüsusi nümayəndəsi Azərbaycana səfər edəcək
Ədən körfəzində İran tankerinə quldur hücumunun qarşısı alınıb
"Azəriqaz" rəhbəri qazın qiymətinin bahalaşma səbəblərini açıqladı
Əməkhaqları, pensiya və müavinətlərin artırılması ilə bağlı işlərə başlanılıb - Maliyyə Nazirliyi
İran Azərbaycan ərazisindən narkotik qaçaqmalçılığına görə məsuliyyətə cəlb olunmalıdır - Piter Teys
Sənaye balıq ovu ilə məşğul olan subyektlərə xəbərdarlıq edilib
İranda güclü zəlzələ olub
Əvvəlki tariflər xərcləri qarşılamadığından qiymətlərin dəyişməsi zərurəti ortaya çıxıb - İlham Şaban
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 1 681 nəfər COVID-19-a yoluxub, 12 nəfər vəfat edib
Cənubi Qafqaz ölkələri kommunikasiyaları bərpa etmək üçün əməkdaşlıq etməlidir - Pakistanlı diplomat
İqtisadi aktivliyin gözləniləndən daha sürətli olması elektrik enerjisinə tələbatı artırıb - "Azərişıq"
Əməkhaqqı və pensiyalarla bağlı artım 1 milyon 800 min vətəndaşı əhatə edəcək
Hazırda dünyada qaz qiymətləri ötən il ilə müqayisədə 20-30 dəfə qalxıb - SOCAR
Ermənistanda anti-Rusiya isterikası davam edir
Nazirlər Kabineti maaş və pensiyaların artılıması ilə bağlı sərəncamın icrasına başlayıb
Pirallahıda Vətən müharibəsi şəhidi Nəbiyev Elmarın anım mərasimi keçirilib (FOTO)
İranda daha 181 nəfər koronavirusdan öldü
Əməkhaqqı, pensiya, sosial müavinət, təqaüd və digər sosial ödənişlər artırılacaq - SƏRƏNCAM
Tarif Şurasının işığın və qazın qiyməti ilə bağlı dəyişikliyi aztəminatlı ailələrə təsir etməyəcək - İZAH
Erməni təxribatları - “Əsas məsələ”də MÜZAKİRƏ (FOTO/VİDEO)
Gecikdirilmiş 851,9 min manatın işəgötürənlər tərəfindən işçilərə ödənməsi təmin edilib
MDU-nun tərəfdaşlıq etdiyi EQAC Erasmus+ layihəsinin yekun konfransı keçirilib (FOTO)
Tarif Şurası qazın və işığın qiymətinə dəyişiklik etdi
Azad edilmiş ərazilərdə bərpa işləri Azərbaycanın çiçəklənməsinin yeni dövrünə çevriləcək - Fələstin səfiri
Kürdəmirdə çörək sexində nöqsanlar aşkarlanıb
Qarabağın işğaldan azad olunması su probleminin həllinə böyük dəstək oldu - Vüqar Kərimov
Bütün xəbərlər