Gürcüstan, Tbilisi, 27 may / Trend , müxbir N.Kirtsxalia /
Gürcüstan Prezidenti Mixail Saakaşvili bu gün Çempionlar Liqasının Romada, İspaniyanın "Barselona" və İngiltərənin "Mançester Yunaytet" klubları arasında keçiriləcək final oyununu izləyəcək. Gürcüstanın dövlət başsçısının administrasiyasından verilən məlumata görə, Saakaşvili bu gün Romaya yola düşəcək və İtaliyanın biznes-dairələrinin nümayəndələri ilə bir sıra görüşlər keçirəcək..
İşgüzar görüşlərdən sonra Saakaşvili "Barselona"ya azarkeşlik etmək üçün "Stadio Olimpiko" standionuna gedəcək. Prezident bu kluba hüsn-rəğbətini bir ay bundan öncə Barselonaya səfəri zamanı etiraf etmişdi. O zaman klub prezidenti Xuan Laporta ona "Barselona"nın maykasını hədiyyə etmişdi.
Çempionlar Liqasının final oyunun açılış mərasimini gürcü rejissor Laşa Oniani hazırlayıb, mərasimdə 68 gürcü rəqqasə iştirak edəcək.
Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]