Azərbaycan Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının Federal Prezidenti Horst Kölerə vəzifəsinə yenidən seçilməsi münasibətilə təbrik məktubu ünvanlayıb. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Dövlət başçısı iki ölkə arasında əməkdaşlığın hərtərəfli inkişafı, qarşılıqlı maraq doğuran işbirliyinin daha da dərinləşməsi, əlaqələrin bütün sahələrdə genişlənməsi yolunda birgə səylərin bundan sonra da ardıcıl şəkildə davam etdiriləcəyinə əminliyini bildirib.