Azərbaycan, Bakı, 29 may / Trend , müx. E.Ostapenko /
Aİ-nin xüsusi nümayəndəsi Gürcüstan üzrə Cenevrə müzkirələrinin uğurunu qeyd edərək daha əhəmiyyətli nəticələrin zəruri olduğunu bildirib, ATƏT-in pres-relizində deyilir.
"Bu gün üçün Cenevrə danışıqlarının müsabət nəticələrindən biri münaqişələrin qarşısının alınması mexanizmi və bütün tərəflərin onlara reaksiyası (İPRM) üzrə müqavilə olub. Bu müzakirələrin əhəmiyyətli nəticə verməsi zəruridir", - cümə axşamı ATƏT-in Daimi Şurasının iclasında səfir Piter Semnebi bildirib.
Qafqazdakı vəziyyət üzrə Cenevrə müzakirələrinin sonuncu, beşinci raundu 18-19 mayda keçirilib.
Aİ, ATƏT, BMT, Rusiya, ABŞ, Gürcüstan, Abxaziya və Cənubi Osetiya nümayəndələrinin keçirdiyi görüşlər regiondakı vəziyyətin tez bir zamanda stabilləşdirilməsinə yönəldilib. Müzakirələrin ilk üçü raundu heç bir konkret nəticə verməyib.
17-18 fevralda keçirilən Cenevrə məsləhətləşmələrinin 4-cü raundu keçirilmiş digər görüşlərdən ən məhsuldarı olub. Danışıq iştirakçıları ilk dəfə olaraq Gürcüstanda, Abxaziyada və Cənubi Osetiyada münaqişələrin tənzimlənməsi və qarşısının alınmasını nəzərdə tutan təkliflərdən ibarət olan sənədi razılaşdırıblar.
Qafqazdakı vəziyyət üzrə Cenevrə müzakirələrinin aparılması zərurəti Gürcüstan və Rusiya arasındakı müharibə nəticəsində Gürücstandan ayrılan regionlar Cənubi Osetiya və Abxaziya səbəbindən yaranıb.
Tanınmamış Cənubi Osetiya Respublikasının ərazisində hərbi əməliyyatlar ötən ilin 8 avqustunda axşam vaxtı başlamışdı. Gürcüstan qoşunları Cənubi Osetiyanın paytaxtı Tsxinvaliyə daxil oldular, sonra isə Rusiya qoşunları şəhəri tutdu və Gürcüstan qoşunlarını sıxışdırıb ölkə ərazisinə çıxardı. 26 avqust Rusiya rəsmən Gürcüstanın tərkibində olan Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıdı, 9 sentyabrda isə onlarla diplomatik münasibətlər qurdu.
"Aİ əmindir ki, Gürcüstanda beynəlxalq müşahidəçilərin mövcudluğu əvvəllər olduğu kimi vacibdir və BMT, ATƏT missiyalarının Gürcüstanda iştirakının tərəfdarıdır", - Semnebi bildirib.
"Aİ uzun müddətdir ki, ATƏT-in müşahidəçi missiyasının Gürcüstanda mövcudluğunun tərəfdarıdır və ümid edir ki, hətta müzakirələr dayandırıldıqdan sonra belə bu cür vacib mövcudluğu saxlamaq üçün imkan olacaq", - o deyib.
Səfir Semnebi bildirib ki, Aİ tərəqqi üçün bütün imkanlarından istifadə edərək açıq sərhədli Cənubi Qafqaz regionunun stabilliyini qəti olaraq dəstəkləyir. O, Aİ-nin 5 post-sovet ölkəsi - Azərbaycan, Gürcüstan, Ukrayna, Moldova, Ermənistan və Belarus ilə daha sıx əməkdaşlığını nəzərdə tutan "Şərq tərəfdaşlığı" proqramının əhəmiyyətini qeyd edib.
"3 həftə öncə Praqada "Şərq tərəfdaşlığı"nın başlanması bəyan edir ki, Aİ-nin region üzrə öhdəlikləri yeni səviyyəyə qaldırılıb", - Semnebi bildirib.
Məqalə müəllifi ilə əlaqə: [email protected]