...

Korrupsionerlərin siyahısını xalqa açıqlamaq prezidentin deyil, bizim işimizdir – İranın Ədliyyə Nazirliyinin mətbuat katibi

Siyasət Materials 2 İyun 2009 15:47 (UTC +04:00)
Korrupsionerlərin siyahısını xalqa açıqlamaq prezidentin deyil, bizim işimizdir – İranın Ədliyyə Nazirliyinin mətbuat katibi

İranda korrupsiya ilə məşğul olmuş rəsmi şəxslərin siyahısını açıqlamaq Prezident Mahmud Əhmədinejadın deyil, Ədliyyə Nazirliyinin səlahiyyətindədir. Bu barədə Ədliyyə Nazirliyinin mətbuat katibi bildirib.

İranın Mehr agentliyinin iyunun 2-də yaydığı məlumata əsasən, Ədliyyə Nazirliyinin mətbuat katibi Əlirza Cəmşidi Tehranda keçirdiyi press konfransda bildirib ki, Təhlükəsizliz Nazirliyi, Mühasibat və Araşdırma mərkəzlərindən korrupsiya ilə bağlı Ədliyyə Nazirliyinə göndərilən məruzələr nazirlikdə diqqətlə araşdırılır.

Prezident Əhmədinejad iyunun 2-də Məşhəd şəhərində keçirdiyi seçki kampaniyasında əhaliyə bildirib ki, lazım gəlsə, ölkədə neft mafiyasını və korrupsionerlərin siyahısını açıqlamağa hazırdır.

İranda prezident seçkiləri iyunun 12-də keçiriləcək. Bundan əvvəl də, Əhmədinejad korrupsionerlərin siyahısını açıqlayacağı barədə dəfələrlə söz verib, lakin hansısa bir proqmatik addım atmayıb.

Əhmədijenad Məşhəd şəhərindəki çıxışında Ədliyyə Nazirliyini "eynəyini dəyişməyə" çağırıb.

Cəmşidi bildirib ki, Ədliyyə Nazirliyinin "eynəyi" qanundur və qanun dəyişilməzdir.

Xəbər lenti

Xəbər lenti