...

Azərbaycan Parlamentinin üzvü AŞPA-nın seçkiqabağı missiyası ilə Albaniyaya səfər edəcək

Siyasət Materials 2 İyun 2009 17:28 (UTC +04:00)

Azərbaycan, Bаkı, 02 iyun / Trend , müxbir A.Hüseynbala /

Azərbaycan Parlamentinin üzvü Avropa Şurası Parlament Assambleyasının seçkiqabağı missiyasının tərkibində Albaniyaya gedəcək.

"Milli Məclisin deputatı Qənirə Paşayevanın da daxil olduğu müşahidə missiyasının üzvləri Albaniya Parlamentinin sədri, bu ölkənin Baş naziri, xarici və daxili işlər nazirləri ilə görüşəcəklər", - çərşənbə axşamı Trend -a Milli Məclisin mətbuat xidmətindən bildirilib.

Missiya üzvlərinin Albaniya Mərkəzi Seçki Komissiyasının nümayəndələri, parlamentdə təmsil olunan siyasi partiyaların rəhbərləri, Avropa Şurasının yerli ofisinin başçısı ilə görüşəcəyi, iyunun 28-də keçiriləcək parlament seçkilərinə hazırlıqla tanışlıqları da nəzərdə tutulur. "Müşahidə missiyası seçkiqabağı vəziyyəti öyrənəcək və bununla bağlı sənəd hazırlayaraq Avropa Şurasının müvafiq qurumlarına təqdim edəcək", - məlumatda qeyd edilir.

Missiya üzvlərinin seçkiləri müşahidə edəcək yerli qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələrinin nümayəndələri, ATƏT-in, Avropa Komissiyasının Albaniyadakı təmsilçiləri, Milli Teleradio Şurasının rəhbərliyi ilə də görüşləri gözlənilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti