...

Türkmənistanın Bolqarıstanda fövqəladə və səlahiyyətli səfiri təyin olunub

Siyasət Materials 8 İyun 2009 14:55 (UTC +04:00)

Türkmənistan, Aşqabad, 08 iyun / Trend , müxbir H.Həsənov /

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun sərancamı ilə Türkmənistanın Bolqarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə Ağaxanov Xalnazar Amannazaroviç təyin edilib.

Ağaxanov hazırda  Rusiya Federasiyasında Türkmənistanın fövqəladə və səlahiyyətli səfiridir.

Bolqarıstan Türkmənistan qazının tədarükündə maraqlıdır. Bu barədə ilkin razılaşma Bolqarıstan Prezidenti Georgi Pırvanovun Aşqabada rəsmi səfəri çərçivəsində əldə olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti