Azərbaycan, Lənkəran, 10 iyun / Trend , müxbir, P.Əliyeva /
Azərbaycanın hakim partiyası bələdiyyələrdə gənclərin və qadınların daha çox təmsil olunmasının tərəfdarıdır.
"Bələdiyyələrdə qadınların və gənclərin daha çox təmsil olunmasını istəyirik", - Trend -un məlumatına görə, çərşənbə günü Lənkəranda jurnalistlərə açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini, icra katibi Əli Əhmədov bildirib.
Trend -un arayışı: Ötən ay Azərbaycan Parlamentində "Bələdiyyələrin birləşdirilməsi haqqında" Qanun qəbul edilib. Qəbul edilən qanuna görə, Azərbaycanda bələdiyyələrin sayı 2757-dən 1766-ya enəcək.
Azərbaycanda bələdiyyə seçkiləri 2009-cu ilin payızında, parlament seçkiləri isə 2010-cu ilin payızında keçirilməlidir. Bundan əvvəl iki dəfə - 1999 və 2004-cü illərdə yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib.
Əhmədov deyib ki, bələdiyyələrdə islahatlar aparılmalıdır. "Bələdiyyələr on ildir fəaliyyət göstərir. Artıq onların daha da təkmilləşdirilməsi prosesi gedir. Bu baxımdan bələdiyyələrdə islahatlar qaçılmazdır", - hakim partiyanın sədr müavini əlavə edib.
YAP 1992-ci ildə о vаxt Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyev tərəfindən yaradılıb. Azərbaycanda 16 ildir hakim partiya olan YAP-ın indiki sədri Prezident İlham Əliyevdir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]