...

Azərbaycanın müxalifyönlü təşkilatı bələdiyyə seçkiləri ilə bağlı xüsusi proqram hazırlayıb

Siyasət Materials 11 İyun 2009 08:45 (UTC +04:00)
Azərbaycanın müxalifyönlü təşkilatı bələdiyyə seçkiləri ilə bağlı xüsusi proqram hazırlayıb

Azərbaycan, Bakı, 11 iyun / Trend , müxbir A.Hüseynbala /

Azərbaycanın müxalifyönlü ictimai forumu bələdiyyə seçkilərində cəmiyyəti fəallaşdırmaq üçün xüsusi proqram hazırlayıb.

"Biz bələdiyyə seçkilərində gənclər təşkilatlarının və bölgələrdə fəaliyyət göstərən icmaların namizədlərinin dəstəklənməsi üçün artıq bir sıra razılaşma əldə etmişik", - cərşənbə günü Trend -a "Azərbaycan Naminə" İctimai Forumun rəhbəri Eldar Namazov bildirib.

Trend -un arayışı: Azərbaycanda bələdiyyə seçkisi 2009-cu ilin dekabrında, parlament seçkisi isə 2010-cu ilin payızında keçirilməlidir. Bundan əvvəl iki dəfə - 1999 və 2004-cü illərdə yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib.

Namazovun sözlərinə görə, forumda əsasən tanınmış ziyalılar, sabiq dövlət məmurları və digər tanınmış insanlar cəmləşib. "Ona görə də bizim bələdiyyə üzvlüyünə irəli sürülən namizədlərimizin sayı çox olmayacaq", - forum rəhbəri əlavə edib.

Namazov forumda hazırlanan xüsusi proqramda müxalifəti təmsil edən bir çox partiyaların namizədlərinin dəstəklənməsinin də nəzərdə tutulduğunu deyib. "Gənclər təşkilatlarına xüsusi dəstək verməyimizdə məqsəd isə onların siyası proseslərdə rolunu daha da artırmaqdır", - forum rəhbəri vurğulayıb.

Onun fikrincə, bələdiyyə seçkilərində forumun öz namizədləri ilə iştirak etməsi, gənclər təşkilatlarına dəstək verməsində əsas məqsəd həm də cəmiyyəti fəallşdırmaqdır.

Eldar Namazov 1993 -1999-cu illərdə prezident köməkçisi və Prezident Katibliyinin rəhbəri işləyib. 1999-cu ildə vəzifəsindən istefa verəndən sonra "Azərbaycan Naminə" İctimai Forumu təsis edib. Namazov 2005 ci il parlament seçkisində iştirak etmək üçün yaradılan "Yeni Siyasət" seçki blokunun həmtəsisçisi olub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti