...

Azərbaycanın turoperatorları Acarıstanın turizm potensialı ilə tanış olacaqlar

Siyasət Materials 19 İyun 2009 10:38 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 18 iyun / Trend , müxbir N.Kirtsxalia /

Azərbaycanın aparıcı turizm agentliklərinin nümayəndələri Acarıstanın turizm infrastrukturu ilə tanış olacaqlar.

Turne çərçivəsində onlar Batumi və Kobuleti şəhərlərinin kurort potensialı ilə tanış olacaqlar. Bu barədə Acarıstanın Turizm və Kurort Departamentindən bildirilib.

Tur Acarıstanın görməli yerlərini - Botanika bağı, Qonio qalası, muzeylər, həmçinin Batumi və Kobuletidəki agentlik və mehmanxanalar, Maxuntsetidəki şəlalə və s. yerləri əhatə edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti