...

İran Milli Təhlükəsizlik Nazirliyi prezident seçkiləri günü bir neçə partlayışın qarşısını alıb

Siyasət Materials 19 İyun 2009 13:53 (UTC +04:00)
İran Milli Təhlükəsizlik Nazirliyi prezident seçkiləri günü bir neçə partlayışın qarşısını alıb

İran Milli Təhlükəsizlik Nazirliyi iyunun 12-də İranda keçirilən seçkilər zamanı əhalinin çox olduğu yerlərdə bir neçə partlayış törədilməsini planlaşdıran terrorist qrupları tərəfindən hazırlanan sui-qəsdlərin üstünü açıb.

Şübhəli şəxs qismində saxlanılanlar İsrailin kəşfiyyat xidmətlərinin bir neçə nümayəndəsi ilə əlaqə saxladıqlarını etiraf ediblər. Bu barədə İran Milli Təhlükəsizlik Nazirliyi bəyan edib. Press TV saytı məlumat verir.

Bu bəyanata əsasən, terrorist qruplarından biri seçkilərin keçirildiyi gün Tehrandakı Hüseyniyyə-Erşad və əl-Nəbi məçidlərində partlayış törədilməsini planlaşdırıbmış.

Xəbər lenti

Xəbər lenti