Gürcüstan, Tbilisi, 24 iyun / Trend , müxbir N.Kirtsxaliya /
Gürcüstan Prezidenti Mixail Saakaşvili Konstitusiya Komissiyasının nizamnaməsinin təsdiqlənməsi barədə fərman verib.
Prezident Administrasiyasının mətbuat xidmətindən bildirildiyi kimi, Konstitusiya Komissiyasının nizamnaməsi 13 maddədən ibarətdir.
Fərmanda deyilir ki, komissiyanın əsas vəzifəsi ölkənin müasir, sarsılmaz və stabil inkişafını, ictimaiyyət və dövlət arasında sivil münasibətləri təmin edən Konstitusiya qanun layihəsini hazırlamaqdır.
Komissiya fərmanın dərc olunmasından etibarən 15 gün ərzində fəliyyətə başlamalıdır.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]