...

Azərbaycan insan taleyinə biganəlik məsələsində artıq belə ədalətsiz yanaşmadan yorulub - Gültəkin Hacıbəyli

Siyasət Materials 24 İyun 2009 23:41 (UTC +04:00)

Fransa, Strasburq, 24 iyun / Trend , müxbir A.Məhərrəmli / 

Azərbaycan insan taleyinə biganəlik məsələsində artıq belə ədalətsiz yanaşmadan yorulub. Bu fikirləri Azərbaycan nümahyəndə heyətinin üzvü Gültəkin Hacıbəyli AŞ PA-nın çərşənbə  günü "Avropada unudulmuş insanlar- uzüunmüddətli məcburi köçkünlərin insan haqlarının qorunması" adlın hesabata dair müzakirələrdə çıxışında deyib.

"Hesabatı dərindən oxuduqca, qarşıma bir neçə sual çıxdı: keçmişin unudanları tənqid etmək  nə dərəcədə mənəvi və məntiqidir? Bu cür nümunələr çoxdur. Mən hesab etmirəm ki, сənab Qrinvey məcburi köçkünlərlə qaçqınlar arasındakı fərqi bilmir. Bilirəm ki, o, çox savadlı və böyük təcrübəsi olan bir şəxsdir. O, çox yerdə erməni qaçqınlarından danışır və unudur ki, bu hesabat əslində, məcburi köçkünlərdən bəhs edir. Əgər məruzəçi bütünlükdə qaçqınlar problemini hesabatında əks etdirmək  istəyirsə, o zaman niyə Ermənistandan qaçqın düşmüş 250 000 qaçqının və Azərbaycanda hal-hazıda yaşayan 50.000 Məshəti türklərinin taleyi barədə heç nə demir", - deyə Hacıbəyli bildirib.

O əlavə edib ki. nəyə görə hesabatçı bir ölkədə olan 300.000 qaçqının taleyinə biganəliklə yanaşır və onlar haqqında heç nə demir, digər tərəfdən isə başqa ölkələrdəki qaçqınlar haqqında bir neçə dəfə hesabatda söz açır.

"Hesabatda qeyd olunur ki, Ermənilər münaqişə üzündən zorla qaçqın düşüblər. Bəs etnik təmizləmələrin qurbanı olan 300.000 Azərbaycanl qaçqının  taleyi necə olsun? Bundan başqa, məruzəçi hesabatında Erməınistanın işğalı nəticəsində məcburi köçkün düşmüş 700.000 Azərbaycanlıları qeyd etməyi unudur. Buna görə, belə bir təəssürat yaranır ki, Azərbaycanlılar ermənilərdən fərqli olaraq, könüllü şəkildə qaçqın və məcburi köçkün  düşüblər.  Azərbaycan Ermənistan tərəfindən  hərbi təcavüzə məruz qalıb və baş vermiş hərbi əməliyyatlar  Ermənistanla sərhəddə deyil, Azərbaycan daxilində- Qarabağda  baş verib. Üstəlik, belə olduğunu düşünsək, Ermənistanın zərər dəymiş evlərin bərpası üçün zamanı olub, çünki Azərbaycandan fərqli olaraq, Ermənistan işğalın qurbanı olmayıb və öz ərazilərini tam nəzarətdə saxlayır. Ona görə bütün bu məsələlər bizdə şübhə yaradır. Məruzəçi unudur ki, bu təcavüz zamanı işğal olunmuş ərazilərdə bütün kəndlər, evlər yerlə-yeksan olub. Biz və bizim dövlət bizə və insan taleyinə biganəlik məsələsində artıq belə alçaldıcı, ədalətsiz yanaşmadan yorulub"-millət vəkili qeyd edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti