...

Suriya Ərəb Respublikası Prezidentinin Azərbaycana səfəri başlayıb

Siyasət Materials 8 İyul 2009 13:46 (UTC +04:00)

Suriya Ərəb Respublikası Prezidenti Bəşşar əl-Əsədin Azərbaycana səfəri başlayıb.

İyulun 8-də Azərbaycan Respublikasına rəsmi səfərə gələn Suriya Ərəb Respublikası Prezidenti Bəşşar əl-Əsədin rəsmi qarşılanma mərasimi olub, çərşənbə günü AzərTAc dövlət agentliyi məlumat yayıb.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Suriya Prezidenti Bəşşar əl-Əsədi və xanımı Əsma əl-Əsədi səmimiyyətlə qarşılayıblar. Fəxri qarovul dəstəsinin rəisi Suriya Prezidentinə raport verib.

Suriyanın və Azərbaycanın dövlət himnləri səslənib. Dövlət başçıları İlham Əliyev və Bəşşar əl-Əsəd fəxri qarovul dəstəsinin qarşısından keçiblər. Suriya Prezidenti Azərbaycan əsgərlərini salamlayıb.
Azərbaycanın dövlət və hökumət nümayəndələri Prezident Bəşşar əl-Əsədə, Suriya nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı:  [email protected]

Xəbər lenti

Xəbər lenti