...

Türkiyəni Aİ-yə üzvlüyə dəvət edəcəklər - Türkiyə Böyük Millət Məclisinin sədri

Siyasət Materials 9 İyul 2009 13:46 (UTC +04:00)
Türkiyəni Aİ-yə üzvlüyə dəvət edəcəklər - Türkiyə Böyük Millət Məclisinin sədri

Türkiyə Böyük Millət Məclisinin (parlament) sədri Köksal Toptan Türkiyənin Avropa İttifaqına üzlüyə dəvt ediləcyini bildirib. Bu haqda Türkiuyənin ANADOLU informasiya agentliyi məlumat verib.

"Vaxt gələcək bizim Aİ-yə üzvlüyümüzə qarşı olan ölkələr biz bu quruma üzv olmağa  dəvət edəcəklər ", - Toptan bildirib.

Trend -un arayışı: Türkiyənin Aİ-yə daxil olması üzrə danışıqlar 2005-ci ildə başlayıb. Ekspertlərin proqnozlarına görə, Ankara bu istəyinə 10-15 il ərzində nail ola bilər.

Aİ dəfələrlə Türkiyədən danışıq prosesi ilə nəzərdə tutulan demokratik islahatların sürətləndirilməsini tələb edərək, onu inteqrasiya dosyesi üzrə danışıqların dondurulması ilə təhdid edib. Ankara da buna cavab olaraq Aİ-yə inteqrasiya etmək və islahatları fəal şəkildə aparmaq tərəfdarı olduğunu bildirib.

Türkliyənin Dövlət naziri və Avropa İttifaqına üzvlüklə bağlı aparılan danışıqlarda baş müzakirəçi Egemen Baxış keçirdiyi mətbuat konfransında Türkiyənin tez bir zamanda birliyə üzv olacağını bildirib. Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu da ölkəsinin yaxın zamanlarda Aİ-yə tamhüquqlu üzv olacağını bildirib. "Avropa İttifaqı Türkiyəyə qapılarını açarsa, regionun ən güclü qurumuna çevrilə bilər", - deyə o qeyd edib.

Toptan onu da bildirib ki, Türkiyənin əsas hədəfi Aİ-yə tam üzvlükdür.

Xəbər lenti

Xəbər lenti