...

Əfqanıstanda stabilliyə hərbi əməliyyatlar keçirmədən nail olmaq olar – sabiq daxili işlər naziri (MÜSAHİBƏ)

Siyasət Materials 14 İyul 2009 13:20 (UTC +04:00)
Əfqanıstanda stabilliyə hərbi əməliyyatlar keçirmədən nail olmaq olar – sabiq daxili işlər naziri (MÜSAHİBƏ)

ABŞ, Vaşinqton, 14 yiul / Trend , müxbir N.Boqdanova /

Əfqanıstanın sabiq daxili işlər naziri (2003-2005), hazırda region üzrə ekspert Əli Əhməd Cəlali ilə müsahibə 

- Bəzi ekspertlərin fikrincə, Əfqanistandakı stabilliyi hərbi əməliyyatlar keçirilmədən də təmin etmək olar. Prezident Obama Pakistan və Əfqanıstana münasibətdə yeni strategiya təklif edib. Sizin fikrinizcə, hərbi əməliyyatlardan savayı bu ölkələrdə hansı addımlar atılmalıdır?

- Mən Əfqanıstanda stabilliyə hərbi əməliyyatlar keçirilmədən də nail oluna biləcəyi fikri ilə razıyam. Digər tərəfdən, Əfqanıstandakı real vəziyyəti təsəvvürə gətirmək lazımdır. Misal üçün, onun torpaqlarının üçdə ikisi "Taliban" hərakatının əlində idi, buna görə də məhz onlar bütün daxili məsələlərə nəzarət edirdilər və heç bir kəs bu hüququa malik deyildi. Regionun digər "xətəliyi" - xeyli miqdarda narkotiklərin olmasıdır. Ölkə 100 faiz xarici qüvvələrin təsirindədir. Biz deyə bilərik ki, taliblərin nümayəndələri onların nəzarəti altında olan şəhər küçələrində keşik çəkir, həmçinin ictimai meydanlarda NATO koalisiyasının ehtimal olunan cəsuslarını asaraq edamlar törədirlər. Beləliklə, mən deyə bilərəm ki, Obamanın regionda,  xüsusilə Əfqanıstandakı əməliyyatlara dair yeni strategiyası regiondakı mövcud problemlərə tamamilə cavab verir. Hər hansı bir hərəkətin həyata keçirilməsi zamanı regionun bütün xüsusiyyətlərini nəzərə almaq vacibdir.

- Obama Pakistana 1,5 milyard dollar maliyyə yardımı ayırması haqqında bəyan edib. Buşun hakimiyyəti dövründə bu yardım 12 milyard dollar təşkil edib. Pakistanda stabilliyin bərqərar olmasında maliyyə yardımının nə kimi rolu var?

- Gəlin bir məsələyə diqqət yetirək. ABŞ administrasiyasının Əfqanıstana dair yeni strategiyası Pakistanın bir sıra problemlərini aşkara çıxardı. Əfqanıstandakı anti-terror əməliyyatlar terroristlərin Pakistana keçməsinə gətirib çıxardı. Bu narahatlıq üçün əsasdır, belə ki, hazırda ölkədə terroristlər ilə mübarizə üçün əlavə  qüvvəyə ehtiyac var. Pakistan da Vazaristanda və Svat vadisində silahlı qruplaşmalarla mübarizə aparır ki, bu da əlavə vəsait tələb edir.

- Əfqanıstan hökuməti bəzi hərbi zonalara - hərbi hava qüvvələrinə, ABŞ və Almaniyanın mühafizə etdiyi zonalara nəzarət etmir.  Bu çatışmamazlıqların aradan qaldırılması üçün nə kimi addımlar atılmalıdır?

- Əlbəttə, ən azından ölkənin hərbi xidmətləri təcrübənin artırılması və estafeti ələ almaq üçün səy göstərir. Lakin bu proses uzun zaman tələb edir. Misal üçün, siz maliyyə məsələsinə toxundunuz. Mən əminəm ki, regionda stabillik ölkənin yalnız öz qüvvələri ilə təmin oluna bilər. Lakin beynəlxalq hərbi xidmətlər yararlı təcrübəni paylaşmalı və təqib edilməsi üçün örnək göstərməlidir. Mən eyni zamanda məsləhət görərdim ki, beynəlxalq təşkilatların nümayəndələri regiona gəlməzdən öncə onun spesifik xüsusiyyətlərini öyrənsinlər.

Xəbər lenti

Xəbər lenti