...

Azərbaycanın müxalifətçi liderləri Avropa Birliyi "üçlüyü" ilə görüşdə Dağlıq Qarabağ probleminin regionun inkişafına təsir etdiyini deyib

Siyasət Materials 20 İyul 2009 17:00 (UTC +04:00)
Azərbaycanın bir neçə müxalifət partiyası və ictimai təşkilatının rəhbərləri Avropa Birliyi “üçlüyü” ilə görüşüb. “İsveçin xarici işlər naziri Karl Bildtin başçılıq etdiyi Avropa Birliyi “üçlüyü” ilə Azərbaycanda insan haqlarının, demokratiyanın indiki durumu, qanunun aliliyi və azad seçkilərlə bağlı geniş müzakirələr apardıq”, - bazar ertəsi Trend News-a “Azərbaycan Naminə” İctimai Forumun rəhbəri Eldar Namazov bildirib.
Azərbaycanın müxalifətçi liderləri Avropa Birliyi "üçlüyü" ilə görüşdə Dağlıq Qarabağ probleminin regionun inkişafına təsir etdiyini deyib

Azərbaycan, Bakı 20 iyul / Trend , müxbir A.Hüseynbala /

Azərbaycanın müxalifətçi liderləri Avropa Birliyi "üçlüyü" ilə görüşdə Dağlıq Qarabağ probleminin regionun inkişafına təsir etdiyini deyib.

"İsveçin xarici işlər naziri Karl Bildtin başçılıq etdiyi Avropa Birliyi "üçlüyü" ilə Azərbaycanda insan haqlarının, demokratiyanın indiki durumu, qanunun aliliyi və azad seçkilərlə bağlı geniş müzakirələr apardıq", - bazar ertəsi Trend -a görüşdə iştirak edən "Azərbaycan Naminə" İctimai Forumun rəhbəri Eldar Namazov bildirib.

Namazovun sözlərinə görə, Müsavat Partiyasının başqanı İsa Qəmbər, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli və Azərbaycan Liberal Partiyasının lideri Lalə Şövkətin də iştirak etdiyi görüşdə regionda baş verən proseslər, Avropa Birliyinin "Şərq tərəfdaşlığı" proqramı ilə də bağlı müzakirələr aparılıbə. "Avropa Birliyinin "üçlüyü", eyni zamanda biz regionda bir çox müsbət proseslərin inkişafının Dağlıq Qarabağ münaqişəsinin tezliklə nizamlanmasından asılı olduğunu qeyd etdik", - forum rəhbəri əlavə edib.

Avropa Birliyi "üçlüyü"nün Azərbaycana səfəri iyulun 19-da başlayıb. İsveçin xarici işlər naziri Karl Bildtin başçılıq etdiyi nümayəndə heyəti xarici işlər naziri Elmar Məmmədyarov və Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevlə görüşüb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti