...

Azərbaycanın müxalifət partiyaları bələdiyyə seçkisində fəallıq nümayiş etdirmək niyyətində deyillər

Siyasət Materials 25 İyul 2009 11:08 (UTC +04:00)
"İttifaqdakı partiyalar bələdiyyə seçkisinə passiv şəkildə qatılmaq fikrindədirlər. Partiya üzvlərinin seçkiyə qatılmaq həvəsi yoxdur. Çox zaman biz israrla onların seçkiyə qatılmalarını təkid edirik", - şənbə günü Trend News-a DUİ-də təmsil olunan müxalif Azadlıq Partiyasının sədri Əhməd Oruc bildirib.
Azərbaycanın müxalifət partiyaları bələdiyyə seçkisində fəallıq nümayiş etdirmək niyyətində deyillər

Azərbaycan, Bakı, 25 iyul / Trend , müxbir C.Babayeva /

Demokratiya Uğrunda İttifaqda (DUİ) təmsil olunan partiyalar bələdiyyə seçkisində fəallıq nümayiş etdirmək niyyətində deyillər.

"İttifaqdakı partiyalar bələdiyyə seçkisinə passiv şəkildə qatılmaq fikrindədirlər. Partiya üzvlərinin seçkiyə qatılmaq həvəsi yoxdur. Çox zaman biz israrla onların seçkiyə qatılmalarını təkid edirik", - şənbə günü Trend -a DUİ-də təmsil olunan müxalif Azadlıq Partiyasının sədri Əhməd Oruc bildirib.

Trend -un arayışı: Demokratiya Uğrunda İttifaq 2005-ci il parlament seçkisindən sonra yaradılıb. İttifaqda Klassik Xalq Cəbhəsi, Azadlıq, Milli Demokrat, Böyük Azərbaycan və Xalq partiyaları təmsil olunur.

Azərbaycanda bələdiyyə seçkisinin bu ilin dekabrında keçirilməsi nəzərdə tututlur. Azərbaycanda bələdiyyələrin sayı 2757-dən 1766-ya enib.

Orucun sözlərinə görə, Demokratiya Uğrunda İttifaqda təmsil olunan partiyalar bələdiyyə seçkisində birgə iştirak edəcəklər. "Hazırda bələdiyyə seçkisində iştirak edəcək namizədlərin siyahılarının müəyyənləşdirilməsi prosesi gedir", - o deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti