...

Muzdlu silahlı qrup Azərbaycandan RF-yə keçməyə cəhd edərkən saxlanılıb

Siyasət Materials 30 İyul 2009 11:08 (UTC +04:00)
Muzdlu silahlı qrup Azərbaycandan RF-yə keçməyə cəhd edərkən saxlanılıb

Fransa və Avstriya vətəndaşlarının da daxil olduğu muzdlu silahlı qrup Rusiya-Azərbaycan sərhədini keçməyə cəhd edərkən saxlanılıb, bu barədə jurnalistlərə çərşənbə günü RF daxili işlər nazirinin müavini Arkadiy Yedelev bildirib, RİA Novosti yazır.

"Hazırda sözügedən materiallar sənədlərlə əsaslandırılır və diplomatik kanallar üzrə müvafiq instansiyalara təqdim ediləcək", - əcnəbilərin nə vaxt saxlanıldığını dəqiqləşdirməyən nazir müavini bildirib.

Yedelevin sözlərinə əsasən, Şimali Qafqazda quldur dəstələrinin çoxalması kimi bir təhlükə yoxdur, regionda quldur dəstələrinin yalnız sonuncu rezervləri fəaliyyət göstərir.

"Quldur dəstələrinin çoxalması təhlükəsi mövcud deyil. Deyərdim ki, bu "qanuni oğru" Doku Umarov tərəfindən döyüşə atılan sonuncu rezervlərdir", - deyə Yedelev bildirib.

Şimali Qafqazdakı quldur dəstələrinin sayı haqqında danışarkən o bildirib ki, say qismən dəyişməzdir.

"Onların sayı qismən dəyişməzdir, belə ki, bu, quldurların təhlükəsizlik tədbirləri ilə bağlıdır. Digər tərəfdən, tədris ilini bitirmiş və şüursuz gənclərin marağı səbəbindən arabir çoxalma faktları da olur", - o deyib.

O əlavə edib ki, son zamanlar İnquşetiya, Çeçenistan və Dağıstanda hüquq-mühafizə orqanları tərəfindən kifayət qədər səmərəli xüsusi əməliyyatlar həyata keçirilib.

"Onların nəticəsində Rusiya ərazisinə müxtəlif yollarla keçən bu quldur dəstələrində əcnəbi muzdlu quldurların iştirakı haqqında sənədli materillar əldə olunub", - nazir müavini bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti