...

Gürcüstan leyboristləri aralıq seçkilərə baykot elan ediblər

Siyasət Materials 3 Avqust 2009 17:16 (UTC +04:00)
Leyboristlər partiyasının siyasi katibliyinin qərarına görə, partiya aralıq parlament seçkilərində iştirak etməyəcək.
Gürcüstan leyboristləri aralıq seçkilərə baykot elan ediblər

Gürcüstan, Tbilisi, 03 avqust / Trend , müxbir N.Kirsxaliya /

Leyboristlər partiyasının siyasi katibliyinin qərarına görə, partiya aralıq parlament seçkilərində iştirak etməyəcək.

Partiyanın siyasi katibi Georgi Quqavanın bugünkü mətbuat konfransında dediyi kmi, onlar Saakaşvili və Merabişvilinin keçirdiyi "avantürada" iştirak etmək niyyətində deyillər.

Onun sözlərinə görə, aralıq seçkilərdə, yaxud hökümət tərəfindən planlaşdırılmış digər tədbirlərdə iştirak ölkənin dağıdılmasına görə məsuliyyət bölgüsüdür ki, leyboristlər də bunda iştirak etmək niyyətində deyil.

Leyboristlər digər partiyaları da seçkiləri baykot etməyə çağırırlar.

"Gürcüstanda azad seçkilərin keçirilməsi yalnız Saakaşvilinin istefasından və onun rejiminin süqutundan sonra mümkündür. Leyboristlər partiyası əhalinin sosial tələblərinə sadiq qalır, seçkilərə baykot elan edir və hazırkı rejimə qarşı kompromissiz mübarizəsini davam etdirir", - Quqava deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti