...

Rusiya ABŞ-dan aşkar xəbərdarlıq alıb - Gürcüstanın Təhlükəsizlik Şurasının katibi

Siyasət Materials 6 Avqust 2009 20:52 (UTC +04:00)
Gürcüstanda münaqişənin ildönümü ilə əlaqədar vəziyyət ABŞ-ın Dövlət Departamentinin xüsusi nümayəndəsi Deniel Frid və Gürcüstanın Təhlükəsizlik Şurasının katibi Ekaterina Tkeşelaşvili arasında keçirilən görüşdə müzakirə edilib.
Rusiya ABŞ-dan aşkar xəbərdarlıq alıb - Gürcüstanın Təhlükəsizlik Şurasının katibi

Gürcüstan, Tbilisi, 06 avqust / Trend , müxbir N.Kirsxaliya /

Gürcüstanda münaqişənin ildönümü ilə əlaqədar vəziyyət ABŞ-ın Dövlət Departamentinin xüsusi nümayəndəsi Deniel Frid və Gürcüstanın Təhlükəsizlik Şurasının katibi Ekaterina Tkeşelaşvili arasında keçirilən görüşdə müzakirə edilib.

"ABŞ və Gürcüstan arasında sıx əməkdaşlıq məsələsi müzakirə edildi", - görüşdən sonra Tkeşelaşvili bildirib. O, ABŞ-ın dəstəyinə xüsusi diqqət ayırıb.

"Vəziyyətin stabilləşməsi məqsədilə ABŞ-ın reaksiyası ani idi", - deyə Tkeşelaşvili bildirib.

Tanınmamış Cənubi Osetiya Respublikası ərazisində hərbi əməliyyatlar ötən ilin avqustun 8-də başlayıb. Gürcüstan Silahlı Qüvvələri Cənubi Osetiyanın paytaxtı Sxinvaliyə daxil olduqdan sonra Rusiya hərbçiləri şəhəri tutur və gürcü qüvvələrini sıxışdıraraq Gürcüstan ərazisinə çəkilməyə məcbur edirlər. Rusiya avqustun 26-da rəsmən Gürcüstanın tərkibinə daxil olan Abxaziyanın və Cənubi Osetiyanın müstəqilliyini tanıyıb və sentyabrın 9-da onlarla diplomatik münasibətlər qurub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti