Gürcüstan, Tbilisi, 10 avqust / Trend , müxbir N.Kirsxaliya /
ABŞ dövlət katibinin köməkçisinin müavini Metyu Brayzanın ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə təyin olunması məsələsi hələ ki, həll olunmayıb.
"Azərbaycana səfir təyin olunmağımla bağlı məsələ hələ ki, həll olunmayıb", - Brayza bazar ertəsi brifinqdə jurnalistlərə deyib.
O əlavə edib ki, Qafqazda fəaliyyətini davam etdirməkdən məmnun olardı, lakin bu məsələni onun rəhbərləri həll edirlər.
Tezliklə onun Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə məşğul olan ATƏT-in Mİnsk qrupunun həmsədri kimi səlahiyyəti başa çatır.
İyunun əvvəlində "Foreign Policy" jurnali məlumat vermişdi ki, ABŞ Konqresində Brayzanın Azərbaycana səfir təyin olunması ilə bağlı qeyri-rəsmi məsləhətləşmələr aparılır.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]