Gürcüstan, Tbilisi, 20 avqust / Trend , müxbir N.Kirtsxaliya /
Gürcüstan Xalq Partiyaları Alyansı (GXPA) Rusiyanı BMT TŞ-də veto hüququndan məhrum etmək üçün addımlar atmağı təklif edir.
Gürcüstan rəhbərliyinə göndərilən bugünkü müraciətdə deyilir ki, rəsmi Tbilisi BMT Xartiyasında nəzərdə tutulmuş, Gürcüstanın bir BMT üzvü olan dövlət kimi bu ölkə ilə münaqişədə olan Rusiyanın, Təhlükəsizlik Şurasında Gürcüstanla bağlı qərarlara veto qoymaq hüququnun əlindən alınması hüququndan yararlanmalıdır.
GXPA hesab edir ki, Gürcüstan BMT Xartiyasına uyğun olaraq, TŞ və Baş Assambleyaya Gürcüstan və Gürcüstan ərazisində yaşayan vətəndaşlarının müdafiəsi məqsədilə müharibə aparan dövlət kimi Rusiyanın mübahisəsi haqda məlumat verməlidir.
"Bununla da Gürcüstan rəsmi şəkildə BMT və BMT dövlətləri qarşısında Rusiyanın Gürcüstanla mübahisədə olması faktını rəsmiləşdirməlidir. Bundan başqa, Gürcüstan BMT TŞ-dən bu fakt və BMT Xartiyasının VI bölməsinə daxil olan mövzular üzrə qərarların qəbulu zamanı, münaqişə tərəfinin səsvermədən çəkinməli olduğunu göstərən, BMT Xartiyasının 27-ci maddəsinin 3-cü bəndi əsasında Rusiya və Gürcüstan arasındakı mübahisə həll olunana qədər, Rusiyaya Gürcüstan, xüsusilə də Rusiya-Gürcüstan müharibəsinin aparılması ilə bağlı olan məsələlərlə bağlı səsvermədə iştirak etməsinə icazə verilməməsini tələb etməlidir. Bu o deməkdir ki, Rusiya bu cür məsələlərin heç birində veto hüququndan yararlana bilməz", - GXPA nümayəndələri bildirir.
Alyansın fikrincə, yuxarıdakı hüquqi prosedur ilə Gürcüstan, BMT missiyası və müşahidəçilərinin Gürcüstan münaqişəsində iştirakının qarşısının alınmasına imkan verməyəcək.
"Gürcüstan rəhbərliyində fəaliyyət göstərən bütün dairələri bu addımı atmağa çağırırıq. Əks halda bu, xalqa münasibətdə xəyanət kimi qiymətləndiriləcək", - müraciətdə deyilir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]