Azərbaycan, Bakı, 24 avqust / Trend , müxbir V.Javoronkova /
"Özbəkistan ABŞ-la əməkdaşlığı Rusiyanın təsiri və onun ölkənin daxili siyasətinə müdaxilə etməməsinə təminat kimi nəzərdən keçirir", - Rusiya üzrə amerikalı ekspert Cefri Mankof hesab edir.
"Daşkənd rus təsirinə qarşılıq kimi ABŞ-dan yardım almağa çalışır", - Trend -a electron poçtla Yel Universitetinin beynəlxalq təhlükəsizliyin tədqiqatı üzrə direktoru vəzifəsini icra edən Mankof bildirib.
Onun fikrincə, Özbəkistan regional təhlükəsizlikdəki rolunun artımında maraqlıdır və Rusiyanı "öz səylərinə əsas təhlükə" kimi nəzərdən keçirir.
"Daşkənd Rusiya ilə 2005-ci ildə Əndican hadisələrindən sonra yaxınlaşıb,ancaq RF və onun niyyətlərinə həmişə şübhə ilə yanaşıb", - Beynəlxalq Münasibətlər Şurasının Rusiya və Avrasiya tədqiqatları üzrə əməkdaşı Mankof hesab edir.
Özbəkistan hökuməti 2005-ci ildə Əndicanda böyük sayda itkilərlə mitinqi dağıtmışdı.
"Əlbəttə, Özbəkistan Kərimova xələf seçilmə vaxtı çatan zaman Rusiyanın onun daxili siyasətinə müdaxiləsindən qorxur", - Mankof deyib.
Ekspertin fikrincə, ötən il ərzində Daşkənd və Moskva arasındakı münasibətlər xeyli pisləşib.
Özbəkistan Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistanın daxil olduğu Avrasiya İqtisadi Cəmiyyətindən (AİC) çıxıb.
O, həmçinin Rusiyanın Kollektiv Təhlükəsizlik üzrə Müqavilə Təşkilatı (KTMT) çərçivəsində yaratmaq istədiyi Operativ Reaksiya üzrə Kollektiv Qüvvələrdə (ORKQ) iştirakdan da imtina edib.
"Özbəkistan Rusiyanın bir çox MDB dövlətlərinə təsirinin artmasından narahatdır və Moskvanın Özbəkistanın regiondakı təsir dairəsini zəiflətməyə çalışmasını ört-basdır etməsindən çəkinir", - Mankof hesab edir.
Nümunə kimi ekspert avqustun əvvəlində KTMT-nin qeyri-formal sammitindən sonra Bişkək və Moskva arasında RF-nin Qırğızıstandakı yeni bazasının yaradılması barədə imzalanan müqaviləni göstərir.
"Özbək hökuməti mümkün sosial gərginlik və ekstremizmdən narahatdır", - ekspert hesab edir.
"Hazırda belə görünür ki, iki ölkə arasındakı münasibətlər getdikcə pisləşəcək", - Mankof deyib.
Özbəkistanın Əfqanıstan üçün tranzit dövlət kimi istifadə olunması, onun fikrincə, (Vaşinqtonun) Rusiya və Manasda yerləşən ABŞ bazasının getdikcə daha da qeyri-populyar olan Qırğızıstana bel bağlama ehtiyacını azaldacaq.
Ekspert hesab edir ki, eyni zamanda, Özbəkistan Əfqanıstandakı mövcudluğunu fəallaşdıran və özündən əvvəlkinə nisbətən demokratiyanın yayılması fikrinə daha az meyilli olan yeni ABŞ Administrasiyası üçün səmərəli tərəfdaş ola bilər.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]