...

Azərbaycan Prezidenti Azərbaycan və Suriya arasında imzalanmış sənədlərin təsdiq edilməsi barədə sərəncam imzalayıb

Siyasət Materials 28 Avqust 2009 20:11 (UTC +04:00)
Nazirlər Kabineti Birgə Komissiyanın Azərbaycan tərəfindən tərkibinə dair təkliflərin bir ay müddətində Azərbaycan Prezidentinə təqdim edilməsi, sərəncamda göstərilən sənədlərin həyata keçirilməsi üçün zəruri tədbirlərin görülməsi, Xarici İşlər Nazirliyinə isə, bu Sərəncamın sənədlərin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Suriya Ərəb Respublikası tərəfinin xəbərdar edilməsi tapşırılıb.
Azərbaycan Prezidenti Azərbaycan və Suriya arasında imzalanmış sənədlərin təsdiq edilməsi barədə sərəncam imzalayıb

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan və Suriya arasında 2009-cu il iyulun 8-də Bakı şəhərində imzalanmış sənədlərin təsdiq edilməsi barədə sərəncam imzalayıb. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Sərəncamla Azərbaycan Respublikası Hökuməti və Suriya Ərəb Respublikası Hökuməti arasında iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyanın yaradılması haqqında Anlaşma Memorandumu; sənaye və energetika sahəsində əməkdaşlıq haqqında Saziş; elektrik enerjisi və bərpa olunan enerji sahəsində Anlaşma Memorandumu; mədəniyyət sahəsində əməkdaşlıq haqqında Saziş; informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Saziş; Azərbaycan Xarici İşlər Nazirliyi və Suriya Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələr haqqında Anlaşma Memorandumu; Azərbaycan Daxili İşlər Nazirliyi və Suriya Daxili İşlər Nazirliyi arasında əməkdaşlığa dair Niyyət Protokolu; Azərbaycan Maliyyə Nazirliyi və Suriya Maliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş; Azərbaycan Sənaye və Energetika Nazirliyi və Suriya Sənaye Nazirliyi arasında sənaye sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu; Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və Suriya Turizm Nazirliyi arasında turizm sahəsində əməkdaşlığa dair Saziş; Azərbaycan Təhsil Nazirliyi ilə Suriya Ali Təhsil Nazirliyi arasında ali təhsil sahəsində əməkdaşlıq haqqında Saziş və ümumi təhsil sahəsində əməkdaşlıq haqqında Saziş; Azərbaycan Səhiyyə Nazirliyi və Suriya Səhiyyə Nazirliyi arasında səhiyyə sahəsində əməkdaşlıq haqqında Saziş; Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi və Suriya Kənd Təsərrüfatı və Aqrar İslahatlar Nazirliyi arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu; Azərbaycan Dövlət Dəniz Administrasiyası və Suriya Gəmiçilik Palatası arasında əməkdaşlığa dair Anlaşma Memorandumu; M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası və Suriya Əl-Əsəd Kitabxanası arasında əməkdaşlıq haqqında Memorandum təsdiq edilir.

Xəbər lenti

Xəbər lenti