Türkmənistan, Aşqabad, 31 avqust / Trend , H.Həsənov /
Bu gün Prezident Qurbanqulu Berdimuhammedovun fərmanına əsasən, Taimova Ceren Azanovna səhhəti ilə əlaqədar olaraq Türkmənistanın Dövlət Kütləvi İnformasiya Vasitələrinin (KİV) sədri vəzifəsindən azad edilib.
Bu vəzifəyə indiyədək rus dilində "Neytral Türkmənistan" qəzetinin baş redaktoru işləmiş Bekdurd Amansarıyev təyin edilib.
Türkmənistanda KİV hakimiyyətin nəzarəti altındadır. Dövlət başçısı bütün mətbəələrin rəsmi təsisçisidir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]