Qazaxıstanda bir sıra kadr dəyişiklikləri aparılıb
Qazaxıstan, Astana, 04 avqust / Trend müxbir K.Konırova
Qazaxıstan Prezidentinin sərəncamına əsasən, Baş Pokurorluğun hüquqi statistika və xüsusi hesabatlar üzrə Komitəsinin sədri Qeorqi Kim vəzifəsindən azad edilərək, başqa vəzifəyə təyin olunub. Bu məlumatı Ak-Ordı mətbuat xidməti verib.
Dövlət başçısının digər sərəncamına əsasən, onun yerinə Marat Axmetcanov təyin olunub.
Həmçinin dövlət başçısının digər sərəncamına əsasən, Kalmuxanbet Kasımov və Aleksandr Savankov Qazaxıstan Respublikası daxili işlər nazirinin müavini vəzifəsindən azad olunublar. Onların yerinə Amantay Aubakirov və Aleksandr Kuliniç təyin olunub.
Dövlət başçısının fərmanına görə, Qazaxıstan Respublikası Təhlükəsizlik Şurasının sədri, Prezidentin köməkçisi Kairbek Suleymenov vəzifəsindən azad edilərək, digər vəzifəyə təyin olunub.
Məqalənin müəllifi ilə əlaqə ünvanı: [email protected]