...

Gürcüstan Parlamentinin spikeri və Türkiyə XİN-in rəhbəri parlamentlərarası əlaqələrin intensivləşdirilməsinin vacibliyini qeyd ediblər

Siyasət Materials 8 Sentyabr 2009 14:37 (UTC +04:00)
Parlamentlərarası əlaqələrin dərinləşdirilməsi məqsədilə noyabrda Gürcüstan Parlamentinin xarici əlaqələr və Avropa ilə inteqrasiya üzrə komitələrinin sədrlərinin Türkiyəyə səfəri planlaşdırılıb.
Gürcüstan Parlamentinin spikeri və Türkiyə XİN-in rəhbəri parlamentlərarası əlaqələrin intensivləşdirilməsinin vacibliyini qeyd ediblər

Gürcüstan, Tbilisi, 08 sentyabr / Trend , müxbir N.Kirsxaliya /

Parlamentlərarası əlaqələrin dərinləşdirilməsi məqsədilə noyabrda Gürcüstan Parlamentinin xarici əlaqələr və Avropa ilə inteqrasiya üzrə komitələrinin sədrlərinin Türkiyəyə səfəri planlaşdırılıb. Gürcüstan Parlamentinin sədri David Bakradzenin Türkiyədə səfərdə olan Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu ilə görüşündə bu barədə razılaşma əldə olunub.

Davudoğlu Gürcüstanla Türkiyə arasında viza rejiminin sadələşdirilməsinə və iki ölkə arasında sərbəst əlaqəyə kömək edəcək tam iqtisadi interasiyanın əhəmiyyətini də qeyd edib.

Davudoğlu iki ölkə arasında qarşılıqlı münasibətlərin gələcək dərinləşməsinin vacibliyini vurğulayıb və qeyd edib ki, Türkiyə Məclisində Gürcüstanla münasibətlərin inkişafına bütün siyasi qüvvələr tərəfdardır.

Bakradzenin bildirdiyi kimi, görüşdən sonra onlar ikitərəfli və regional əməkdaşlığın əsas məsələlərini müzakirə edib, mehriban qonşuluq əlaqələrinin və strateji tərəfdaşlığın əhəmiyyətinə diqqət yönəldiblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti