Gürcüstan, Tbilisi, 10 sentyabr / Trend , müxbir N.Kirsxaliya /
Bazar erətsi və çərşənbə axşamı - sentyabrın 14-15-də Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze işgüzar səfərlə Azərbaycana gələcək.
Bazar ertəsi Vaşadze azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşəcək. Bu barədə Gürcüstan XİN-in mətbuat departamentindən məlumat verilib.
Həmin gün Ümummilli lider Heydər Əliyevin məzarına əklil qoyulması mərasimi olacaq.
Prezident İlham Əliyevlə görüş çərəşənbə günü planlaşdırılıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]