...

Prezident İlham Əliyev Yerevanda gənclər arasında keçirilən Avropa çempionatında iştirak edən Azərbaycan cüdoçularını qəbul edib

Siyasət Materials 14 Sentyabr 2009 21:12 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 14-də Yerevanda cüdo üzrə gənclər arasında keçirilən Avropa çempionatında iştirak edən Azərbaycan komandasının üzvlərini qəbul edib.
Prezident İlham Əliyev Yerevanda gənclər arasında keçirilən Avropa çempionatında iştirak edən Azərbaycan cüdoçularını qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 14-də Yerevanda cüdo üzrə gənclər arasında keçirilən Avropa çempionatında iştirak edən Azərbaycan komandasının üzvlərini qəbul edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Prezident İlham Əliyev böyük qələbə münasibətilə idmançılarımızı təbrik edərək bildirib ki, bu qələbə bütün Azərbaycan xalqını sevindirib. Dövlət başçısı deyib ki, Azərbaycanda çox güclü nəsil yetişir, gənc idmançılar ölkəmizi beynəlxalq yarışlarda ləyaqətlə təmsil edirlər. Bu onu göstərir ki, gənclər vətənpərvərlik ruhunda yetişirlər və idmançılarımızın beşinin də Vətənə medalla qayıtması böyük uğurdur. Bu qələbənin idman tariximizdə böyük yeri vardır. Çünki bu yarış Yerevanda keçirilib. Beş dəfə bayrağımız qalxıb, bir dəfə himnimiz səsləndirilib. İlk dəfədir ki, idmançılarımız Ermənistanda keçirilən beynəlxalq yarışlarda iştirak edir və Vətənə üzüağ qayıdıblar. Dövlət başçısı onu da qeyd etdi ki, bu uğur Azərbaycan gəncliyinin və xalqımızın qələbəsidir.

Görüşdə cüdo üzrə yığma komandamızın baş məşqçisi Ağayar Axundzadə, Yerevanda gənclər arasında keçirilən cüdo üzrə Avropa çempionatının qalibi Elmar Qasımov və Azərbaycan Cüdo Federasiyasının prezidenti Füzuli Ələkbərov onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına təşəkkür ediblər.

Prezident İlham Əliyev idmançılarımızı bir daha qələbə münasibətilə təbrik edib və onlara yeni uğurlar arzulayıb.

Cüdoçularımız dövlətimizin başçısı ilə xatirə şəkli çəkdiriblər.

Xəbər lenti

Xəbər lenti