...

Gürcüstan Prezidenti Tbilisidə sinaqoqun açılış mərasimində iştirak edib

Siyasət Materials 15 Sentyabr 2009 18:15 (UTC +04:00)
Gürcüstan Prezidenti Mixail Saakaşvili Tbilisidə sinaqoqun açılış mərasimində iştirak edib. "Bu sinaqoq Gürcüstan tarixində yəhudi izlərinin və iştirakının simvoludur", - prezident sinaqoqda dindarlar qarşısında çıxısında deyib.
Gürcüstan Prezidenti Tbilisidə sinaqoqun açılış mərasimində iştirak edib

Gürcüstan, Tbilisi, 15 sentyabr / Trend , müxbir N.Kirsxaliya /

Gürcüstan Prezidenti Mixail Saakaşvili Tbilisidə sinaqoqun açılış mərasimində iştirak edib. "Bu sinaqoq Gürcüstan tarixində yəhudi izlərinin və iştirakının simvoludur", - prezident sinaqoqda dindarlar qarşısında çıxısında deyib.

O qeyd edib ki, bu gün Tbilisidə ikinci sinaqoq bərpa edildiyi üçün "gözəl gündür". "Mən həmçinin qeyd etmək istəyirəm ki, yəhudilərin Raça regiuonunu çoxdan tərk etmələrinə baxmayaraq, yerli gürcülər böyük sevgi və hörmətlə buradakı sinaqoqlara gələrək ənənəni qoruyurlar. Bu çox önəmlidir ki, yəhudilərə olan sevgi və hörmət çox az sayda xalqlarda qalıb", - Saakaşvili qeyd edib.

O deyib ki, bu gün Gürcüstan ideologiyası çar Qurucu Davidin zamanındakı ideologiyaya cavab verir. O zaman Gürcüstan xalqı dini əlamətlərə görə seçilmiş xalq olmayıb.

Qeyd etmək lazımdır ki, Tbilisidə sinaqoqun açılış mərasimində dünyanın müxtəlif yerlərindən olan qonaqlar iştirak edib. Sinaqoq iki il ərzində bərpa edilib. Onun bərpasını Ümumyəhudi Konqresi maliyyələşdirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti