Azərbaycan, Bakı, 15 sentyabr / Trend , müxbir C.Babayeva /
Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov sentyabrın 18-19-da İsveçrəyə səfəri ərəfəsində Berndə ikitərəfli parlamentlərarası əlaqələrin perspektivlərini müzakirə edəcək.
"Bu, Azərbaycan Parlamenti başçısının İsveçrəyə ilk rəsmi səfəridir", - Azərbaycanın İsveçrədəki səfiri Elçin Əmirbəyov Trend -a məlumat verib.
Əsədovun İsveçrə Parlamentinin iki palatasının başçıları ilə, Milli Şuranın rəhbəri Kiara Simoneşi Kortezlə və Kantonlar Şurasının rəhbəri Alen Bersetlə, eləcə də parlamentin dostluq qrupunun üzvləri ilə görüşləri planlaşdırılıb.
"Görüşlərdə ikitərəfli planda olduğu kimi beynəlxalq parlament təşkilatları çərçivəsində də parlamentlərarası əməkdaşlığın perspektivləri müzakirə ediləcək, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinin hazırkı vəziyyəti və təhlükəsizliyi məsələləri üzrə fikir mübadiləsi aparılacaq", - Əmirbəyov Berndən telefonla məlumat verib.
Azərbaycan Parlamenti rəhbərinin İsveçrənin xarici işlər naziri ilə də görüşü planlaşdırılır.
Azərbaycanın nümayəndə heyəti, Azərbaycandan parlament dostluq qrupunun üzvləri arasına daxil olan Asim Mollazadə, Çingiz Əsədullayev və Elton Məmmədov İsveçrədə bir sıra sənayə obyektlərinə baş çəkəcəklər.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]