...

Rusiya regionda sülhün və təhlükəsizliyin güclənməsinə xidmət edən bütün addımları dəstəkləyir - səfir

Siyasət Materials 17 Sentyabr 2009 15:29 (UTC +04:00)
Rusiya regionda sülhün və təhlükəsizliyin güclənməsinə xidmət edən bütün addımları dəstəkləyir. Bu barədə jurnalistlərə Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin Moskvanın Ermənistan-Türkiyə siyasi məsələhətləşmələrinə dair münasibətinə şərh verərkən bildirib.
Rusiya regionda sülhün və təhlükəsizliyin güclənməsinə xidmət edən bütün addımları dəstəkləyir - səfir

Azərbaycan, Bakı, 17 sentyabr / Trend , müxbir E.Tariverdiyeva /

Rusiya regionda sülhün və təhlükəsizliyin güclənməsinə xidmət edən bütün addımları dəstəkləyir. Bu barədə jurnalistlərə Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin Moskvanın Ermənistan-Türkiyə siyasi məsələhətləşmələrinə dair münasibətinə şərh verərkən bildirib.

"Moskva hesab edir ki, bu iki dövlətin işidir və onlar öz münasibətlərini müəyyənləşdirmək hüququna malikdirlər. Biz regionda sülh və stabilliyin möhkəmlənməsinə xidmət edən bütün addımları dəstəkləyirik və ümid edirik ki, bu yaxınlaşma regionda təhlükəsizliyin güclənməsinə səbəb olacaq", - Doroxin bildirib.

Türkiyə və Ermənistan İsveçrənin vasitəçiliyi ilə keçirilən danışıqlarda "Diplomatik münasibətlərin qurulması üzrə Protokol" və "İkitərəfli münasibətlərin inkişafı barədə Protokol"un imzalanmasına dair "daxili siyasi məsləhətləşmələr"in başlanılması barədə razılıq əldə ediblər. Bu barədə Türkiyə XİN-dən məlumat verilib.

"Siyasi məsləhətləşmələrin altı həftə ərzində tamamlanması planlaşdırılır, bunun ardınca isə iki protokol imzalanacaq və təsdiqlənməsi üçün hər iki ölkə parlamentinə təqdim ediləcək", - Türkiyənin Xarici İşlər Nazirliyinin məlumatda deyilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti