...

Azərbaycanın Rusiyada ikinci baş konsulluğu Yekaterinburqda fəaliyyətə başlayıb

Siyasət Materials 21 Sentyabr 2009 14:26 (UTC +04:00)
Azərbaycanın Rusiyada ikinci baş konsulluğu Uralda, Yekaterinburqda işə başlayıb. Onun konsul dairəsi ölkənin yarısını – üç federal dairənin – Uzaq Şərq, Sibir və Ural ərazisini əhatə edir.
Azərbaycanın Rusiyada ikinci baş konsulluğu Yekaterinburqda fəaliyyətə başlayıb

Azərbaycanın Rusiyada ikinci baş konsulluğu Uralda, Yekaterinburqda işə başlayıb. Onun konsul dairəsi ölkənin yarısını - üç federal dairənin - Uzaq Şərq, Sibir və Ural ərazisini əhatə edir.

İTAR-TASS informasiya departamentindən bildirildiyinə görə, Sverdlovsk vilayətinin qubernatoru Eduard Rossel bu gün Azərbaycanın RF-dəki səfiri Polad Bülbüloğlunu qəbul edib. Bülbüloğlu tərəfindən Sultan Məhəmməd oğlu Qasımov Azərbaycan Respublikasının Yekatgerinburqdakı baş konsulu təyin edilib. "Bu baş konsulluq Sankt-Peterburqdan sonra Rusiya ərazisində Azərbaycanın ikinci diplomatik nümayəndəliyi olacaq", - departamentdən qeyd ediblər.

"Mən bir çox illərdir bura gəlirəm, şəhərin və vilayətin necə inkişaf etdiyini öz gözlərimlə görürəm. Ümid edirəm ki, bundan sonra da əməkdaşlığımız uğutla davam edəcək. Azərbaycanda sizə böyük hörmət bəsləyirlər", - səfir qeyd edib. Rossel Polad Bülbüloğlunu əmin edib ki, urallılar gələcəkdə də Azərbaycanla fəal əməkdaşlığı davam etdirəcəklər.

Xəbər lenti

Xəbər lenti