...

Erqnetidəki görüşdə konkret nəticələr əldə olunmayıb

Siyasət Materials 24 Sentyabr 2009 19:15 (UTC +04:00)
Erqnetidə gürcü-osetin münaqişəsi zonasında vəziyyətin nizama salınması üzrə keçirilən görüş başa çatıb.
Erqnetidəki görüşdə konkret nəticələr əldə olunmayıb

Gürcüstan, Tbilisi, 24 sentyabr / Trend , müxbir N.Kirsxaliya /

Erqnetidə gürcü-osetin münaqişəsi zonasında vəziyyətin nizama salınması üzrə keçirilən görüş başa çatıb. Görüş nəticəsiz sona çatıb, konkret razılıq əldə olunmayıb.

Tərəflər yalnız növbəti görüşün həmin yerdə, sentyabrın 15-də keçirilməsi barədə razılığa gəliblər.

Görüşdən sonra Aİ-nin müşahidəçi missiyasının rəhbəri Hans-Yorq Haberin jurnalistlərə dediyinə görə, Osetiya tərəfindən vəd alınıb ki, gələn görüşdə rus sərhədçiləri tərəfindən Gürcüstan və Cənubi Osetiyanın sərhədlərində tutulan və Sxinvalidə saxlanılan 6 gürcünün taleyi barədə konkret məlumat veriləcək.

"Biz həmçinin münaqişə zonasında sərbəst hərəkət məsələsinə də toxunmuşuq, lakin bu barədə qərar qəbul edilməyib", - o qeyd edib.

Görüşdə Gürcüstan, Rusiya, Osetiya və Aİ nümayəndələri iştirak ediblər. Görüş Qafqazda münaqişələrin tənzimlənməsi üzrə Cenevrə danışıqları çərçivəsində keçirilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti