...

Azərbaycan və Rumıniya prezidentlərinin təkbətək görüşü olub

Siyasət Materials 28 Sentyabr 2009 20:21 (UTC +04:00)
Görüşdə Azərbaycan və Rumıniya arasında siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlığın uğurlu inkişafından danışılıb. Münasibətlərimizin Avropa İttifaqı çərçivəsində genişləndirilməsi baxımından əhəmiyyəti qeyd olunub. Həyata keçirilən yüksək səviyyəli səfərlərin əlaqələrimizin inkişafına təkan verdiyi vurğulanıb. Enerji sahəsində davam edən əməkdaşlığımızın geniş perspektivləri olduğu bildirilib.
Azərbaycan və Rumıniya prezidentlərinin təkbətək görüşü olub

Sentyabrın 28-də Buxarestdə Rumıniya Prezidentinin iqamətgahında - "Kotroçen" sarayında Azərbaycan Prezidenti İlham Əliyevin və Rumıniya Prezidenti Trayan Beseskunun təkbətək görüşü olub. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Görüşdə Azərbaycan və Rumıniya arasında siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlığın uğurlu inkişafından danışılıb. Münasibətlərimizin Avropa İttifaqı çərçivəsində genişləndirilməsi baxımından əhəmiyyəti qeyd olunub. Həyata keçirilən yüksək səviyyəli səfərlərin əlaqələrimizin inkişafına təkan verdiyi vurğulanıb. Enerji sahəsində davam edən əməkdaşlığımızın geniş perspektivləri olduğu bildirilib.

Görüşdə ikitərəfli, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti